Batumidən Xulo istiqamətinə doğru hərəkət edən Xulo bələdiyyə
avtobusu Kedada qəza törədib. Yol-nəqliyyat hadisəsi bu gün, iyulun
25-də baş verib.
Avtobus və
minik avtomobili toqquşub, avtomobildə olan 1 nəfər
ölüb, 1 nəfər yaralı xəstəxanaya çatdırılıb.
Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət
Məcəlləsinin 276-cı maddəsi ilə araşdırma başlanıb.