Stano: Aİ Gürcüstana maliyyə yardımının dayandırılmasını müzakirə edir
Avropa İttifaqı (Aİ) “Xarici təsirin şəffaflığı haqqında” qanunun tətbiqindən sonra Gürcüstan hökumətinə maliyyə yardımının tamamilə dayandırılması imkanını nəzərdən keçirir.

Bunu "Europa Press" agentliyinə müsahibəsində Aİ-nin Xarici Siyasət Xidmətinin nümayəndəsi Piter Stano deyib.

“Biz Gürcüstan hökumətinə maliyyə yardımını dayandırmaq imkanını nəzərdən keçiririk”,
- o bildirib.

Stanonun sözlərinə əsasən, Aİ Gürcüstandakı vəziyyətin inkişafından ciddi şəkildə narahatdır və hesab edir ki, bəhs olunan qanunun qüvvəyə minməsi Avropaya inteqrasiya yolunda geriyə addımdır.
Mənbə: report.az

Print ელ. ფოსტა
თეგები: Avropa İttifaqı Gürcüstan
FaceBook Twitter Google