Siyasəti bilən insan anlayar ki, siyasətdə əbədi
düşmən, əbədi dost yoxdur – bu sözləri “Marneuli”
radiosu ilə söhbəti zamanı
“Avropalı Gürcüstan” partiyasının Marneuli rayon təşkilatının
keçmiş rəhbəri Əhməd İmamquliyev dedi. Onun sözlərinə görə, o, hələ
heç bir partiyanın sıralarına qoşulmayıb. Amma ona təkliflər gəlib
və təklifləri dəyərləndirdikdən sonra qərar verəcək.
“Bir kəlmə ilə qeyd edə bilərəm ki, siyasəti bilən
insan anlayar ki, siyasətdə əbədi düşmən, əbədi dost yoxdur. Kim
deyir ki, Əhməd Mişaya nə isə deyib. Bir şeyi anlamalıdırlar ki,
mən kimə söz demişəmsə məhz mənə təklif edənlər elə onlardır. Demək
ki, onlar yüksək siyasəti anlayanlardır və biz də o yüksək
siyasətdə olanlardanıq. Danışıqlar əsasında hər şey ola bilər. Bir
də onu qeyd edim ki, heç bir partiyaya özüm heç nə təklif
etməmişəm. Yalnız və yalnız partiyalardan təklif almışam. Və mən də
bu təklifləri düşünüb dəyərləndirəcəyəm. Rayon təşkilatlarının
üzvlərinin onunla işləyib-işləməməsi ilə bağlı heç bir fikir
bildirə bilmərəm. Çünki mənə “Vahid Milli Hərəkat” partiyasının
mərkəzi ofisi təklif göndərib. Biz onlarla əməkdaşlıq edək. Qaldı
ki Marneuli rayon təşkilatının üzvləri nə düşünür, necə düşünür,
onu məndən yox, öz rəhbərlərindən soruşsalar, daha yaxşı
olardı”, – “Avropalı Gürcüstan” partiyasının Marneuli
rayon təşkilatının keçmiş rəhbəri Əhməd İmamquliyev dedi.
Əhməd İmamquliyevin “Vahid Milli Hərəkat” partiyasının sıralarına
qoşulub-qoşulmaması ilə bağlı partiyanın Marneuli qərargahının
rəhbəri Azad Kərimov münasibət bildirdi. Onun sözlərinə görə,
İmamquliyev onun üçün maraqlı bir şəxs deyil. Amma Kərimov bildirdi
ki, onların partiyası demokratik bir partiyadır və hər bir şəxs
partiyanın sıralarına qoşula bilər.
Qeyd edək ki, Əhməd İmamquliyev 2014-cü ildən 2017-ci ilə qədər
“Vahid Milli Hərəkat” partiyasının üzvü olub. Daha sonra “Avropalı
Gürcüstan” partiyasının sıralarına qoşulub. Bir neçə gün öncə
İmamquliyev partiya sıralarını tərk etdiyini bildirdi. Amma partiya
sıraların nəyə görə tərk edib, bu haqda danışmaq istəmədi.
“Avropalı Gürcüstan”-ın baş katibinin müavini Qiorqi Noniaşvili 29
iyul tarixində “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki,
İmamquliyevin partiyanı tərk etmə səbəbi partiyanın daxilində
keçirilən seçkilərlə bağlı olub.
Xatırladaq ki, 2024-cü ilin 26 oktyabr tarixində Gürcüstanda
Parlament seçkiləri keçiriləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415