“Orduya toxunmaq olmaz” – Zurabişvili ABŞ-ın yardımının dayandırılması ilə bağlı
Gürcüstan prezidenti Salome Zurabişvili bildirib ki, o, ABŞ-ın Gürcüstan silahlı qüvvələrinə yardımı dayandırmaq qərarını başa düşmür. Prezident deyir ki, bu məsələni “mütləq aydınlaşdıracaq”.

Zurabişvilinin sözlərinə görə, hökumətin ittihamları fonunda o, ABŞ-ın reaksiyasını anlayır, lakin orduya və Luqar laboratoriyasına yardımın məhdudlaşdırılması ilə razılaşmadığını vurğulayır.

“ABŞ-ın reaksiyası, bəyanatları məni təəccübləndirmir. Başqa cür necə olmalı idi ki, 30 ildən
artıqdır ki, siz ölkəyə ayaq üstə durmaq üçün dövlət quruculuğunda hər cür köməklik edirsiniz... birdən-birə, anlaşılmaz, izahat vermədən, sizə düşmən deyirlər, ittiham edirlər. Eşidilməmiş və anlaşılmaz sui-qəsd nəzəriyyələri ortaya çıxır... ABŞ necə reaksiya verməlidir?! Açığı, onların aydın və sərt cavabı gözlənilirdi. [...]
Amerika sizin balaca körpəniz deyil ki, istədiyin kimi oynadasan? Dünyanın ən güclü dövlətlərindən biridir. Siz belə davranırsınız və onun reaksiya verməyəcəyini düşünürsünüz?

Mən Gürcüstan prezidenti kimi üzr istəyirəm. Ancaq mən iki şeyi başa düşmürəm - qalan [ABŞ-ın hərəkəti] hər şey qaydasındadır və biz bunu düzəltmək lazımdır - ordumuz üçün büdcə məhdudiyyəti və bu, tam təsdiqini tapmayıb, Luqar laboratoriyası üçün maliyyə məhdudiyyəti. Çox istiqamətlər var ki, orada cəzalandırılma ola bilər, hökumət cəzalandırılmalıdır. Amma dövlətin və müdafiənin üzərində dayandığı ordu cəzalandırıla bilməz. Bunu bir az başa düşmədim və mütləq öyrənəcəyəm. Təlimlərin təxirə salınması başa düşüləndir, lakin orduya toxunmaq olmaz”,
- Zurabişvili avqustun 5-də keçirilən mətbuat konfransında bildirib.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google