Proporsional sistem və 5%-lik baryer – seçki sistemində edilən dəyişikliklər barədə nə bilməliyik?
2024-cü ilin 26 oktyabr tarixində Gürcüstanda Parlament seçkiləri yeni sistem ilə, proporsional qaydada və 5%-lik baryer ilə keçiriləcək. Seçkilərin proporsional qaydada keçirilməsi zamanı vətəndaş seçkilərdə yalnız bir bülleteni işarələyəcək və istədiyi namizədə səs verəcək. Son Parlament seçkiləri Gürcüstanda 2020-ci ildə qarışıq sistemlə keçirilib və seçici iki bülleteni işarələməklə öz seçimini edib – bir bülleten majoritar, digəri isə proporsional.

Gürcüstanın digər rayonları kimi Marneuli də majoritar sistemə öyrəşib, çünki seçkilərdə etnik azlıq nümayəndəsi olan majoritar deputatlarımız var idi. Marneulili seçici etnik azlıq nümayəndəsi olan namizədləri Parlamentdə öz nümayəndələri kimi görürdülər. Müvafiq olaraq, seçkilər fərdiləşdirilirdi və siyasi partiyalar majoritarların köməyi, təsiri ilə bələdiyyələrdə daha fəal işləyirdilər. Seçkiqabağı təbliğat da namizədin şəxsi üzərində qurulurdu və şəhərdə plakatlarda konkret şəxslərin siması görünürdü. Kəndlərə görüşlərə konkret namizədlər gedirdilər və sorğu zamanı əhali deyirdi ki, onun təmsil etdiyi partiyaya deyil, konkret namizədə səs verəcək.

Marneulidə seçkiqabağı proses rəsmi olaraq başlamayıb. Seçki plakatları görünmür, kəndlərdə əhali ilə görüşlər keçirilməyib və müvafiq olaraq növbəti çağırış Parlamentdə, həmişə olduğu kimi yerli nümayəndənin olub-olmayacağını bilmirlər.

Marneuli sakinlərinin bir qisminin oktyabr seçkilərinin yeni formatda keçiriləcəyi barədə məlumatı yoxdur.

Proporsional seçki sistemi nədir?


Bu sistemdən istifadə edərkən seçki dairəsi həmişə çoxmandatlıdır və mandatlar partiyalar arasında onların aldıqları səslərə mütənasib olaraq bölünür. Proporsional seçki sisteminin versiyaları bir-birindən seçicinin səs vermə üsuluna və mandatların partiyalar arasında bölüşdürülməsinə görə fərqlənir; Bütün ölkə bir neçə çoxmandatlı seçki dairəsinə bölünərsə, bu, çoxmandatlı seçki dairəsidir.

Gürcüstanda 2024-cü il Parlament seçkiləri proporsional seçki sistemi ilə keçiriləcək və vətəndaşlar öz seçdikləri partiyalara səs verəcəklər.

Politoloq İrakli Melaşvili “Marneuli” radiosu ilə söhbəti zamanı deyir ki, seçki sisteminin səmərəliliyi bir çox hallarda seçkilərin keçirildiyi cəmiyyətdən asılıdır.

“Proporsional sistem zamanı seçicilər partiyaya səs verirlər. Gürcüstanda mövcud olan proporsional sistem şəraitində insanlar çətin ki, siyahıda kimin olduğunu bilirlər, partiyaya səs verirlər, əslində liderə səs verirlər, lider daha sonra partiyanı, yəni siyahını tamamlayır və bir çox hallarda biz Parlamenti qəbul edirik. Parlamentdə olan insanlar ilkin məsuliyyəti seçicilər qarşısında deyil, onu siyahıya daxil edən və gələcək seçkilərdə də siyahıya düşmək üçün məsuliyyət daşıdıqları öz partiyasının lideri qarşısında hiss edirlər”.

Melaşvilinin sözlərinə görə, hansı sistemin daha yaxşı olması həmişə mübahisəlidir. O, proporsional sistemə üstünlük verir və deyir ki, siyahıları insanlar, seçicilər özləri tərtib etsinlər.


İctimai fəal Naşir Orduxanov “Marneuli” radiosu ilə söhbəti zamanı qeyd edir ki, 2024-cü il Parlament seçkilərində proporsional sistemə baxmayaraq, seçkiqabağı təşviqat yenə də majoritar sistem kimi aparılacaq – konkret şəxslər bölgələrə gəlib əhalidən dəstək istəyəcəklər.

“5%-lik baryeri keçəcək bir neçə partiya var və rayonlarımızdan bu partiya siyahılarına kimlər düşəcək, hətta etnik azlıqların nümayəndələri belə, bu insanlar Marneuli, Bolnisi, Dmanisiyə və s. gedəcəklər və majoritar kimi danışacaqlar. Məsələn, əhaliyə deyəcəklər ki, “VMH”-ə səs verin, mən də millət vəkili olacağam, onlara səs verirsənsə, mənə səs verirsən. Seçkiqabağı kampaniya belə olacaq və seçicilərin bilməsi vacib deyil ki, majoritar sistemdə konkret bir namizədə səs verirlər. İndi də belə olacaq, konkret bir şəxsə səs verəcəklər, amma partiyanı dairəyə almalı olacaqlar”.

Orduxanovun sözlərinə görə, vətəndaşlar yenə də siyasi partiyaları deyil, fiziki şəxsləri dəstəkləyəcəklər, çünki partiya siyahılarında ön yerləri tutacaq şəxslər onlarla təbliğat aparacaqlar.

“Onlar yenə majoritarların roluna uyğunlaşacaqlar. Məsələn, konkret bir namizəd yalnız Marneulidə seçicilərlə işləsə və onların dəstəyini qazansa, o, majoritar sistem dövründə olduğu kimi, bir növ bu bölgənin təmsilçisi olacaq”, – Naşir Orduxanov bildirib.

Majoritar sistem nədir?


Majoritar sistemdə vətəndaşlar konkret namizədə səs verirlər. Sistem əsasən birmandatlı seçki dairələrində istifadə olunur. 2020-ci ildə Gürcüstanda 73 birmandatlı seçki dairəsi var idi. Bu da deməkdir ki, Parlamentin 73 üzvü majoritar sistemlə seçilmişdi.

Məsələn, 2020-ci ildə Marneuli və Qardabani majoritar dairəsində bir neçə namizəd qeydiyyatdan keçmişdi və Marneuli seçicisi seçki kabinəsində iki bülleteni dairəyə almalı idi, majoritar namizədlər birincidə, partiyalar isə ikincidə idi.

Majoritar seçkilərin müsbət tərəfi odur ki, seçici kimə səs verdiyini asanlıqla öyrənə bilər, çünki majoritar konkret şəxs ola bilər.

Majoritar sistemin mənfi tərəfi səslərin itirilməsi ehtimalının yüksək olmasıdır – majoritar seçki sistemində majoritar seçki dairəsi iştirakçılarının 30%-dən az olmayan səsini toplayan namizəd seçilmiş hesab edilir. Müvafiq olaraq, seçkilərdə 4 namizəd iştirak edərsə, səslər aşağıdakı kimi bölüşdürülür: a). 21% b). 32% c). 30% və d). 17%; Seçkilərdə qalib kimi b). 32% səs toplayan namizəd seçilir. Seçicilərin 68%-nin onu dəstəkləməməsinə baxmayaraq o, Parlamentə daxil olur.

“Majoritar seçkilərdə insanlar müəyyən dairədə bir nəfərə səs verirlər və qalib gələn Parlamentə daxil olur. Burada mənfi cəhət odur ki, partiyalılığın əhəmiyyəti azdır, amma inzibati resursların böyük təsiri var”, – politoloq İrakli Melaşvili bildirir.

Seçki Məcəlləsində bu seçkidə həyata keçiriləcək daha bir dəyişiklik edilib. Hakim partiya siyasi subyektlər üçün baryeri 5%-ə qaldırıb. Bu Gürcüstan reallığında qanunvericilik orqanında çoxpartiyalı mühitin yaradılmasına maneədir.

5%-lik baryer nə deməkdir?


Proporsional şəkildə seçilən partiyalar Parlamentə daxil olmalıdır, lakin yalnız seçkilərdə ən azı səslərin 5%-ni, təxminən 100 min səs toplayan siyasi subyektlər qanunverici orqana daxil ola biləcəklər.

İrakli Melaşvili bildirir ki, Gürcüstan şəraitində 5%-lik keçid həddi kifayət qədər yüksəkdir və 3%-lik baryeri keçərək 50 000 səs partiyanın Parlamentə düşməsi üçün kifayət etməlidir. O, izah edir ki, yüksək baryer əsasən hakim partiyanın maraqlarına uyğundur ki, onlar daha zəif partiyalardan deputat mandatlarını alsınlar.


2024-cü il 26 oktyabr tarixində keçiriləcək seçkilər nəticəsində Gürcüstan Parlamenti proporsional qaydada seçilmiş 150 deputatdan ibarət olacaq. Parlament sonra Gürcüstan hökumətini seçməlidir. Parlamentin hökuməti formalaşdırması üçün 76 deputatın razılığı lazım olacaq. Ona görə də hökumətin yalnız bir partiya ilə doldurulmaması üçün siyasi qurumun və ya qurumlar birliyinin partiyaya 76 deputat daxil etməməsi lazımdır.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« ოქტომბერი 2024 »»
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123