2024-cü ilin 2-ci rübündə Gürcüstan ərazisindən 697,8 min nəfər
Gürcüstan sakini xaricə gedib.
Səyahətlərin ən böyük payı, 46,6 faizi 31-50 yaşlı səyahətçilər
tərəfindən həyata keçirilib. Bu, Milli Statistika Xidmətinin
açıqladığı məlumatlardan aydın görünür.
Onların məlumatına görə, qeyd olunan saydan gürcü rezidentlərin
xaricə səfərləri 3562,1 min nəfər təşkil edib ki, bu da 2023-cü
ilin eyni dövrünün göstəricisindən 3,4 faiz çoxdur.
“Gürcüstandan xaricə 360,2 min turist səfəri olub ki,
bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,6 faiz çoxdur.
Ziyarətlərin əksəriyyətini, 49,1 faizini 31-50 yaşlı gürcü rezident
ziyarətçilər təşkil edib. Qadınlar tərəfindən edilən ziyarətlərin
sayı ümumi ziyarətlərin 45,5 faizini təşkil edib.
2024-cü ilin ikinci rübündə ziyarətlərin ən böyük payı (34 faiz)
dostlara/qohumlara baş çəkmək üçün edilib.
Ən çox ziyarət Türkiyə və Rusiya Federasiyasına, müvafiq olaraq 229
min və 105,4 min ziyarət edilib.
2024-cü ilin 2-ci rübündə edilən səfərlər zamanı sərf olunan
gecələrin orta sayı 6,3 gecə olub ki, bu da 2023-cü ilin II rübündə
qeydə alınan göstəricidən (6 gecə) 4,3 faiz çoxdur. Başçəkmələrin
98,1 faizi təkrar səfərlər olub.
2024-cü ilin 2-ci rübündə səfərlər zamanı çəkilmiş xərclər 594,3
milyon lari təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünün
göstəricisindən 15,6 faiz çoxdur. Bir ziyarət üçün orta qiymət
2023-cü ilin 2-ci rübü ilə müqayisədə 11,7 faiz artaraq 1 057,2
lari təşkil edib”, - Milli Statistika Xidməti
bildirib.