Daxili İşlər Nazirliyinin məlumatına görə, polis 5 nəfəri nikaha
daxil olmaq məqsədilə qanunsuz olaraq azadlıqdan məhrum edib.
İstintaqın versiyasına görə, saxlanılan şəxslərdən biri 2000-ci il
təvəllüdlü qızın azadlığına qanunsuz mane olub və onunla evlənmək
üçün ona cinsi zorakılıq edib.
Saxlanılan 4 nəfər qızı qanunsuz olaraq azadlığından məhrum etməkdə
ittiham olunur.
Polis qaçırılan qızı Kaxetinin
kəndlərindən birində tapıb.
“Daxili İşlər Nazirliyinin Kaxeti Polis İdarəsinin
Laqodexi rayon şöbəsinin əməkdaşları həyata keçirdikləri
əməliyyat-axtarış tədbirləri nəticəsində qrup şəklində qanunsuz
məhdudlaşdırma və seksual xarakterli cinayətlərdə ittiham edərək 5
nəfəri saxlayıb.
Cinayətlər 10 ilə qədər həbslə cəzalandırılır.
İstintaqla müəyyən edilib ki, A.M. onunla evlənmək üçün 2000-ci il
təvəllüdlü G.Q.-nin azadlığına qanunsuz mane olub, ona qarşı cinsi
zorakılıq edib. Həmçinin, hazırda təqsirləndirilən şəxs qismində
həbs olunanlar qanunsuz azadlıqdan məhrumetmədə iştirak ediblər:
İ.F., J.İ., S.A. və M.B.
Polisin apardığı intensiv axtarış və istintaq tədbirləri
nəticəsində qaçırılan qızı rayonun Qaracalar kəndində tapıb. Hadisə
ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 143 və 137-ci maddələri
ilə araşdırma aparılır”, - Daxili İşlər Nazirliyi
bildirir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415