Marneuli və Qardabani dairəsindən namizəd Zaur Darğallı olacaq.
Bu gün, 15 avqust tarixində Gürcüstanın baş naziri İrakli Kobaxidze
Parlament seçkilərində “Gürcü Arzusu”-nun 22 nəfər nümayəndəsini
təqdim edib. Onlar arasında Parlamentin deputatı Zaur Darğallı da
var.
“Davit Sonğulaşvili –
Qurcaani-Saqareco-Siğnaği-Dedoplisdzğaro;
İrakli Kadaqişvili – Telavi-Kvareli-Laqodexi; Bildiyiniz kimi,
bunlar fəaliyyətdə olan deputatlardır.
Rustavi və Qardabaninin tarixi kəndlərindən İrakli Şatakişvili,
eləcə də fəaliyyətdə olan deputat təqdim olunacaq.
Marneuli-Qardabani – Zaur Darğallı
Bolnisi-Dmanisi-Tetritskaro-Tsalka dairəsindən Bolnisinin meri
cənab Davit Şerazadişvili olacaq
Axaltsixe-Borcomi-Aspindza-Adigeni – fəaliyyət göstərən deputat,
Anton Obolaşvili.
Axalkalaki-Ninotsminda- fəaliyyətdə olan deputat Samvel Manukyan
təqim olunacaq.
Mtsxeta-Mtianetidə bizim proprosional siyahıda cənab Dimiti
Xundadze namizəd olacaq.
Qori-Kaspi- Qorinin fəaliyyətdə olan meri,cənab Lado Xinçeqaşvili
namizəd olacaq.
Xaşuri-Kareli – fəaliyyətdə olan deputat Zaza Duqladze
Kutaisidə də həmçinin, fəaliyyətdə olan deputat Zaza Lominadze
namizəd olacaq.
Tsxaltubo-Samtredia-Vani-Xoni – Qivi Çiçinadze
Saçxere-Çiatura-Xaraqauli – Paata Kvijinadze
Zestafon-Bağdat-Tercola-Tkibuli dairəsindən cənab Zviad
Şalamberidze, fəaliyyətdə olan qubernator təqdim olunacaq.
Zuqdididə bizim namizədimi Dato Kodua olacaq, o, qubernatorun
keçmiş müavini, 2012-ci ildən bizim komandanın üzvüdür.
Poti-Xobi-Senakidə fəaliyyətdə olan deputat Qiorqi Xaxubia
Martvili-Abaşa-Dzalencixa-Çxorodzğuda cənab İlia İncia olacaq. O,
uğurlu biznesmendir.
Quriyada, Ozurgeti-Lançxuti-Çoxatauridə cənab Vasiko Çiqoqidze
bizim namizədimiz olacaq.
Raça-Leçxumi-Svanetidə fəaliyyətdə olan deputat, cənab Qoça
Enukidze namizəd olacaq.
Batumidə Arçil Beridze namizəd olacaq. Siz onu “Alilo” qrupundan
tanıyırsınız. O, “Alilo”-nun solistidir və Batumidə bizim
namizədimiz olacaq.
Kobuletidə uğurlu biznesmen, cənab Qia Cğonia namizəd olacaq.
Xelvaçauri-Keda-Şuaxevi-Xulo – Cənab Anzor Bolkvadze, fəaliyyətdə
olan deputat.
Bütün nümayəndələr “Gürcü Arzusu”nun proporsional siyahısında
təqdim olunacaqlar. Müvafiq olaraq, biz növbəti çağırış Parlamentdə
ən azı bütün şəhər və rayonların öz nümayəndəsinin olmasını və
bununla da majoritar sistemin ləğvi ilə bağlı çatışmazlığın qismən
aradan qaldırılmasını təmin edəcəyik” - Baş nazir
bildirib.
Seçki Məcəlləsində edilən dəyişikliyə əsasən, partiyanın partiya
siyahısını tərtib edərkən 30 dairədən hər hansı birinin nümayəndə
heyətinə namizəd kimi Parlament üzvlüyünə namizəd müəyyən etmək
hüququ var. Xüsusilə, qeyd olunan partiya siyahısında bu namizədin
soyadının və adının yanında onun nümayəndə heyətinə namizəd kimi
təyin olunduğu dairənin nömrəsi göstərilir. Seçki Məcəlləsində qeyd
olunan dəyişikliklər 15 may tarixində üçüncü oxunuşda
dəstəklənib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415