Kaladze jurnalistə: Belə bir avtomobil sizin kimi axmaqlar üçün 500 min avro dəyərində ola bilər

Bahalı avtomobillə bağlı suala cavabında Kaxa Kaladze jurnalisti təhqir edib.



Kaxa Kaladze avqustun 20-də "Instagram"da "Mercedes G" klass avtomobilində oturduğu fotonu yayımlayıb. Bu avtomobil Kaladzenin maliyyə bəyannaməsində qeyd edilməyib.

Jurnalist ondan bu avtomobilin neçəyə olduğunu soruşub.

Kaladze cavab verib ki, bu maşın onun deyil.

“Narahat olmayın, həyəcanlanmayın, onsuz da çox narahatsınız, belə bir vəziyyətdəsiniz. 500 min avronun dəyəri nədir? O axmaqlar, sənin kimi axmaqlara üçün belə maşının dəyəri
500 min avro ola bilər. Mən təhqir etmək fikrində deyiləm, reallıqdan danışıram. O ki qaldı mənim avtomobillərimə, hamısı bəyannamədə göstərilib”,
- Kaxa Kaladze bildirib.
Mənbə: Publika

 

Print ელ. ფოსტა
თეგები: Kaxa Kaladze
FaceBook Twitter Google