Gürcüstan iqtidarı bir sıra beynəlxalq təşkilatları seçkiöncəsi proseslərə müdaxilədə ittiham edib
Gürcüstanın hakim “Gürcü arzusu” partiyası bir sıra beynəlxalq təşkilatları seçkiöncəsi proseslərə müdaxilədə ittiham edib.

Bu barədə bugünki brifinqdə bildirilib.

Tədbirdə “Soros Fondu”, “Açıq Cəmiyyət İnstitutu”, "Transparency International Georgia", eləcə də ABŞ-nin Milli Demokratiya İnstitutu daxil olmaqla, bir sıra beynəlxalq təşkilatların sosial şəbəkələr vasitəsilə hökumət əleyhinə fəal iş apardığı da deyilib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.
Mənbə: apa.az

Print ელ. ფოსტა
თეგები: Gürcü Arzusu Gürcüstan
FaceBook Twitter Google