“Bağışlayın gürcülər, lakin Bidzina və Aİ-yə üzvlük bir-birinə
uyğun gəlmir”, - 8-ci Tbilisi Beynəlxalq Konfransında (“Həlledici
il”) “Avropa Xalq Partiyası”ndan olan litvalı deputat Rasa
Yukneviciane bildirib.
Yuknevicianenin sözlərinə görə, islahatların həyata keçirilməsində
Gürcüstan ön sıralarda idi, lakin hazırda Ermənistan regionda
öndədir. O, həmçinin Brüsseldə Gürcüstan üçün vizasız gediş-gəlişin
dayandırılması ilə bağlı müzakirələrin başlanacağını istisna
etməyib.
“Debzinləşmədən Gürcüstanın Avropa İttifaqına üzv
olması üçün heç bir imkan görmürəm. Baxmayaraq ki, mən gürcü
xalqının münasibətini, Avropa İttifaqına qoşulmağa dəstəyini yüksək
qiymətləndirirəm və sevirəm. Gürcüstana namizəd statusunun
verilməsi ləyaqətə əsaslanan qərar deyildi. Avropa İttifaqı
tərəfindən daha çox gürcü xalqını təslim olmamağa təşviq etmək idi.
Burada vəziyyət getdikcə pisləşir və mən düşünmürəm ki, biz vizasız
gediş-gəlişlə bağlı müzakirələrdən qaça bilmərik”, -
Yukneviciane bildirib.