Cari ilin avqust ayında Gürcüstandan 33 əcnəbi çıxarılıb.
Bununla bağlı ölkənin Daxili İşlər Nazirliyinin Miqrasiya İdarəsi
məlumat yayıb.
Məlumata görə, onlar İran, İordaniya, Hindistan, Türkiyə, Misir,
Azərbaycan, Avstraliya, Pakistan, Nigeriya, Çin, İraq və Rusiya
vətəndaşları olub.
Miqrasiya İdarəsindən bildirilib ki, həbs edilənlərin bəziləri
Gürcüstanı könüllü tərk edib, digərləri isə məcburi şəkildə ölkədən
çıxarılıb.