Gürcüstanda Borjomi-Xaraqauli Milli Parkı ərazisində baş verən
yanğının söndürülməsinə dörd helikopter cəlb edilib.
Bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Hadisə yerində təcili qərargah yaradılıb. Ərazi pilotsuz uçan
aparatı vasitəsilə izlənilir.
Qeyd edək ki, yanğınlar qurumuş ağacların çox olduğu qayalıq
ərazilərdə başlayıb və hazırda meşənin aşağı örtüyü yanır. Bu
mərhələdə yanğının məskunlaşma olan ərazilərə keçməsi təhlükəsi
yoxdur.