Polşada keçirilən boks turnirində Rahibə İsmayılova qızıl, Xuraman Qasımova gümüş medal qazanıb
7 sentyabr tarixində, Polşanın Qlivitse şəhərində keçirilən Polşa Beynəlxalq turnirində Rahibə İsmayılova qızıl medal qazanıb. Bu barədə Gürcüstan Milli Boks Federasiyası feysbuk səhifəsində məlumat yayıb.

Gənc boksçu, ukraynalı Sofiya Turbininayı 4:1 hesabı ilə məğlub edib.

“Güclü turnir idi. Ancaq qazandıq, güclü və çoxlu qızlar var idi. Bu turnirdə istəyirdik ki, bir şey gətirək və Avropaya gedək.
Nə isə nəticə əldə edək və Gürcüstanın bayrağını qaldıraq”,
- Rahibə İsmayılova Gürcüstan Milli Boks Federasiyasına açıqlamasında bildirib.

Gürcüstandan daha bir boksçu Xuraman Qasımova gümüş medalla ikinci yerin sahibi olub.

“Birinci turnir idi. Bu turnir bizim üçün yaxşı idi. Ortaya yaxşı nəticə qoyduq. İkinci yerin medalını aldım. Travmadan irəli gələrək finalda döyüşə bilmədim. Razıyıq, indi Avropa üçün hazırlaşmalıyıq”, - Xuraman Qasımova deyib.

Mübarizədə Tatia Bukia bürünc medalla üçüncü yeri tutub.

“Tatia Bukia (81 kq) turnirə yarımfinaldan daxil olub, ukraynalı İrina Lutsakla gərgin döyüşdə uduzaraq üçüncü yerin sahibi olub”, - Gürcüstan Milli Boks Federasiyası yayımlayıb.

Qeyd edək ki, hər üç idmançının baş məşqçisi Qaqa Todua olub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« ოქტომბერი 2024 »»
30 1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31 123