2024-cü ilin avqust ayına olan məlumata görə, Gürcüstanda
kommersiya bankları tərəfindən ümumilikdə 57,681 milyard lari
olmaqla 3,420,2 min kredit verilib.
Bu barədə Milli Bankın statistikasında qeyd olunur.
Məqsədliliyə gəlincə, hər ay ən çox müqavilələr istehlak
kreditləri, daha sonra biznes və lombard kreditləri üzrə
bağlanır.
2024-cü ilin avqust ayına olan məlumata görə, imzalanmış 3.420.200
müqavilədən kreditlərin
məqsədi belə görünür:
• İstehlak kreditləri - 1,581,300 müqavilə, 11,099 milyard lari
• Biznes kreditləri - 291,100 müqavilə, 33,384 milyard lari
• Lombard krediti - 223 200 müqavilə, 359,8 milyon lari
• İpoteka - 158 200 müqavilə, 11,325 milyard lari
• Avtomobil krediti - 10 500 müqavilə, 341,9 milyon lari
• Digər kreditlər - 1.150.800 müqavilə, 1.170 milyard lari
SEB-in statistikasına əsasən, 2024-cü ilin avqust ayına olan
məlumata görə, milli valyutada kreditlər üzrə 32,356 milyard lari
olan 3 347 400 müqavilə imzalanıb. Xarici valyutada verilmiş
kreditlərin həcmi 25,324 milyard lari, imzalanmış müqavilələrin
sayı isə 72,7 min ədəddir.