İsveçrənin Julius Baer bankında pul saxlayan Tbilisi meri Kaxa
Kaladze yeni bəyannamədə pulu bankdan çıxardığını və şəxsi
müqavilələrlə 4 milyon 200 min dollar borc verdiyini yazıb.
"TV Pirveli" jurnalistinin bunun onun mümkün sanksiyaları ilə
əlaqədar olub-olmaması ilə bağlı sualına Kaladze bildirir ki,
bugünki dünyada ədalət yoxdur. O, Avropa banklarına güvənmir və
misal olaraq, onun sözlərinə
görə, “soyğuna məruz qalan” Bidzina
İvanişvilini göstərir.
"Mənim üçün narahat olmayın, mən narahat deyiləm və siz
də narahat olmamalısınız. Mənim vəsaitlərimə sərəncam verməyi sizlə
razılaşdırmalıyam? Reallıq odur ki, insan faktiki olaraq sanksiyaya
məruz qalıb. Reallıq odur ki, şəxs faktiki olaraq sanksiyaya məruz
qalır. Hər cür məhkəmələrdə qalib gəlib, sadəcə pulunu
qaytarmırlar. Bu, siyasi qərardır. Təəssüf ki, indiki dünyada
ədalət yoxdur. Kiminsə sanksiyaya məruz qalıb-qalmamasının fərqi
yoxdur. Maliyyə və puluma görə siz narahat olmayın, böyük bir
xahişim var.
Niyə Avropa bankında saxlamalıyam? Baxın, onların İvanişviliyə
münasibəti necədir, adamı soyublar, mən onlara niyə inanmalıyam?!
Təbii ki, mən onlara inanmıram”, - Kaladze
bildirib.