“Millət də rahib də arxamızda dayanıb” - Papuaşvili homofob qanunu imzalayıb

Prezident Salome Zurabişvili homofob qanunu imzalamaqdan imtina etdikdən sonra parlamentin sədri Şalva Papuaşvili bu gün qanunu imzalayıb.



Senzura qanunları paketi parlament tərəfindən sentyabrın 17-də qəbul edilib - o, bir əsas əlavə və 18 müxtəlif qanundan ibarətdir.

Papuaşvili bununla bağlı geniş bəyanat yayıb və Salome Zurabişviliyə verdiyi qərarına görə hücum edib və onu yenidən “vətənsiz və dəyərsizləşmiş
müxalifətin nominal lideri” adlandırıb.

“Mənim üçün bu qanunu imzalamaq ən legitim imzadır. Bu imza arxasında həm millət, həm də rahiblər dayanır”, - Papuaşvili bildirib.
Dünən prezident vetodan istifadə etməsə də, qanunu imzalamamışdı.

Qanuna görə, prezident qanunu imzalamasa, parlamentin sədri qanunu imzalayacaq. Qanun dərc edildikdən sonra qüvvəyə minəcək.
___________________________________
“Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” - senzura tətbiq edən, sərbəst toplaşmaq azadlığını məhdudlaşdıran, homofob və transfobik yazıların tətbiqini nəzərdə tutan qanun layihəsi belə adlanır; Bəzi hallarda cinayət məsuliyyəti də qoyur.

Bu qanunvericilik paketi ilə yanaşı, “Gürcü arzusu” da konstitusiya layihəsinin təşəbbüskarı olub ki, bu da konstitusiyada bu məsələlərin öz əksini tapmasını nəzərdə tutur.

"Gürcü Arzusu" növbəti seçkilərdə konstitusiya çoxluğu əldə edəcəyi təqdirdə səsverməyə çıxarmağa və konstitusiya layihəsini qəbul etməyə hazırlaşır.
Mənbə: Publika

 

Print ელ. ფოსტა
თეგები: Şalva Papuaşvili
FaceBook Twitter Google