Oktyabrın 4-də Daxili İşlər Nazirliyi nazir Vaxtanq Qomelaurinin
sentyabrın 30-da imzaladığı və Parlament seçkiləri üçün "azad,
təhlükəsiz və dinc mühitin" təmin edilməsinə aid olan əmri dərc
edib.
Sərəncama əsasən, polis idarələrinin əməliyyat ərazilərində qanun
pozuntularının aşkar edilməsi və qarşısının alınmasına cavabdeh
olan və xüsusi təyinatlıların rəhbəri, ABŞ tərəfindən sanksiyaya
məruz qalan Zviad Xarazişvilinin – “Xareba”nın təyin
etdiyi
nümayəndələrdən ibarət ərazi qrupları yaradılacaq.
“Müvafiq qruplara Gürcüstanın “Polis haqqında” Qanununa
uyğun olaraq zərurət yarandıqda, profilaktik polis tədbirlərinin
həyata keçirilməsi üçün əməliyyat zonasında müvafiq tədbirlərin
görülməsini təmin etmək tapşırılıb.
Sərəncam polis əməkdaşlarını xidməti vəzifələrini yerinə yetirərkən
siyasi neytrallıq prinsipinə riayət etməyə məcbur edir.
Hüquq-mühafizə orqanı əməkdaşının hərəkətinin birbaşa və ya
dolayısı ilə hər hansı siyasi partiyanın əleyhinə və ya ona dəstək
məqsədi daşımasına yol verilmir”, - Daxili İşlər
Nazirliyinin məlumatında deyilir.
Sərəncama əsasən, oktyabrın 18-dən gec olmayaraq “Qanun
pozuntularının qarşısının alınması və nəticələrinin aradan
qaldırılması” üzrə məsul qruplar yaradılacaq:
• Acarıstan;
• Kvemo Kartli;
• Şida Kartli;
• Mtsxeta-Mtianeti;
• Kaxeti;
• Samtsxe-Cavaxeti;
• İmereti;
• Raça-Leçxumi və Kvemo Svaneti;
• Quriya;
• Sameqrelo-Zemo Svaneti;
• Tbilisi polis idarələrinin əməliyyat sahələrində.
Sənədə əsasən, ərazi qruplarına “Nazirliyin Xüsusi tapşırıqlar
şöbəsinin müdiri tərəfindən təyin olunan nümayəndə” daxildir.
Söhbət xüsusi təyinatlıların rəhbəri, “Xareba” ləqəbli Zviad
Xarazişvilinin təyin etdiyi nümayəndələrdən gedir.
Xareba aprelin 16-da rus qanunlarına qarşı keçirilən aksiyada da
iştirak edib, xüsusi təyinatlılar mitinq iştirakçılarına fiziki
təzyiq göstəriblər. Mitinq iştirakçılarının dediyi kimi, xüsusi
təyinatlılar “Xareba”nın adını hayqırmağa və onun ünvanına söyüş
söyməyə başlayandan sonra onları dağıtmağa başlayıblar.
Lakin Xarebanın adı təkcə “Gürcü Arzusu” hökuməti ilə bağlı deyil.
Daxili işlər naziri Vaxtanq Qomelaurinin sözlərinə görə, “Xareba”
30 ilə yaxındır ki, hüquq-mühafizə orqanlarında çalışır. Eduard
Şevardnadzenin hakimiyyəti dövründə o, Dövlət Mühafizə Xidmətinin
xüsusi təyinatlı dəstəsində olub.
“Milli Hərəkat”ın hakimiyyətdə olduğu dövrdə “Xareba” Xüsusi
Əməliyyat İdarəsinin (SOD) xüsusi təyinatlı dəstəsində olub. O,
2009-cu ildə Muxrovani üsyanı ilə bağlı xüsusi əməliyyatda iştirak
edib və orada hazırkı daxili işlər naziri Vano Merabişvili hərbi
forma geyinmiş insanlara “iki cəsəd istəyirəm” demişdi.