Avropa Birliyinin Gürcüstandakı nümayəndəliyi bildirib ki, ölkə
daha çox “agentlər qanunu”ndan
qaynaqlanan demokratik geriləmə səbəbindən 121 milyon avro yardım
itirəcək. Bu büdcə dəstəyidir.
Bu 121 milyona son iki ildə ölkəyə ayrılan və xərclənməmiş pullar
daxildir.
"
Hər il ayrılan vəsaitlər həmin ildə tam xərclənmir, buna
görə də 2022 və 2023-cü illərdə hökumət üçün birbaşa nəzərdə
tutulmuş qalan vəsait itiriləcək", - Aİ nümayəndəliyinin
məlumatında izah edilib.
Beynəlxalq tərəfdaşların çağırışlarına baxmayaraq, mayın 28-də
Gürcüstan parlamenti prezidentin “Agentlər haqqında qanun”a
vetosunu aşdı. Bu qanun ölkənin strateji tərəfdaşlarından maliyyə
alan bütün qeyri-hökumət və media təşkilatlarını xarici təsir
maraqlarının daşıyıcısı elan edir.
Bu qanunun qəbulundan sonra Gürcüstanın ən yaxın tərəfdaşları olan
Avropa İttifaqı və ABŞ layihələrin bir hissəsini maliyyələşdirməyi
dayandırıblar, çünki onlar hesab edirlər ki, ölkə hakimiyyəti
Avropaya inteqrasiya kursunu dəyişib. Üzvlərinə “Gürcüstanda
demokratiyanı sarsıtmaq” ittihamı ilə ABŞ tərəfindən sanksiya
tətbiq edilən hakim partiyada bunun əksi iddia edilir.
Konstitusiya Məhkəməsinə müraciət edən Gürcüstan prezidenti,
müxalifətçi deputatlar, qeyri-hökumət və media qurumları hesab
edirlər ki, hakim partiyanın qəbul etdiyi “Gürcü arzusu” qanunu
Konstitusiyanı pozur, Avropaya inteqrasiyanın elan olunmuş kursuna
ziddir.
Şikayət müəllifləri və vətəndaşlar 1 aydan artıqdır ki, məhkəmənin
qərarını - məsələ ilə bağlı müzakirələr bitənə qədər qanunun
fəaliyyətinin dayandırılıb-dayandırılmamasını gözləyirlər.