“Rus qanunu”na qarşı aksiyalarına zidd hərəkətlərin kontraksiyası
”, “Ailə saflığı günü”, “İvanişvilinin gəlişi”
– bunlar 2024-cü ilin son altı ayında hökumət tərəfindən Marneulidə
işləyən uşaq bağçası və məktəb müəllimlərinə – şagirdlərin
şəxsiyyət kimi formalaşmasında, tərbiyəsində, inkişafında və
təhsilində mühüm töhfə verən insanlara iştirak etmək tapşırığı
verilən üç tədbirdir.
29 aprel tarixində Marneuli bağçalarının rəhbərləri öz
əməkdaşlarına “Gürcü
Arzusu”-nun kontraksiyasında iştirak etmək
öhdəliyi qoyublar və deyiblər ki, Tbilisidə “konsert” keçiriləcək,
onların getməsi vacibdir.
“Adam lazım olanda bağça və məktəblərə barmaq
uzadırlar. Bu qədər adamı qoyun kimi doldururlar, özlərinə
hörmətlərini də itiriblər. Bu təzyiqdən başqa nədir? Əgər etirazını
bildiribsənsə ki, aksiyaya getmirsən, “işinizi itirəcəksiniz”
deyirlər. 9 saat bağçadayam, bütün gün ayaq üstə, nə müvafiq
əməkhaqqı, nə də heç nə yoxdur. Sadəcə getməyə yerimiz yoxdur,
yoxsa burada nə gəzirəm. And içirəm, öz uşağımı nə zooparka, nə
teatra, heç yerə aparmamışam. Buna vaxtım da yoxdur və
əməkhaqqımdan çörək pulu qalmır, indi 1 larim də yoxdur. Nəyə görə
getməliyəm, mükafat verdilər, 45 uşağa baxıram, bir dəfə
təşəkkürnamə versinlər, yaxud gəlib nədə isə bizi
dəyərləndirirlərmi? Yuyucu vasitəni, hər yay təmizlik zamanı
təmizlik üçün parçanı mən alıramsa, bu necə
xidmətdir?” – Etiraz hissinin bizə danışmağa qərar
verən müsahiblərdən biri, Marneulili bağça müəllimi bildirir.
Məqalədə qeyd olunan bütün müsahiblər anonimdir. Bunun bir səbəbi
var – bağça və məktəb rəhbərliyi nümayəndələri hakim komanda ilə
əlaqə qurmalı olur.
Marneuli bağçalarından birində sosial proqramla işləyən şəxs hər üç
aksiyaya öhdəlik məqsədi ilə gedib. O, bildirir ki, bağça
nümayəndələri illərdir, hakimiyyətin yaxşı resursuna çevriliblər.
Əksər hallarda isə onlar əməkhaqqının kəsiləcəyi, yaxud işini
itirmək qorxusu ilə manipulyasiya olunurlar.
“Mənim əməkhaqqım 300 laridir, ailəmin başqa gəliri də
yoxdur və bunu da itirsəm, mənim uşaqlarımı kim saxlayacaq? Ona
görə, hara getməli olsaq, gedirəm. Həm də bağça rəhbəri
gedib-getməyən hamını siyahıya yazır”.
Sosial Ədalət Mərkəzinin hüquqşünası Mariam Caniaşvili bildirir ki,
sosial siyasət istiqamətində ölkədə ciddi çatışmazlıq var. Layiqli
əməkhaqqı məsələsi, işini itirdiyin halda alternativin olmaması və
sığorta mexanizmlərin olmaması problemdir.
“Biz görürük ki, seçkiqabağı həyat minimumu alanların
sayı artır. İndi bu tarixi maksimum həddinə çatıb və 680 000-dən
çox insan bu həyat minimumu alır. Digər tərəfdən, bir şəxs yaşayış
üçün müavinət almaya bilər, amma əslində onu yoxsulluq həddinə
çatdıran bir işdə işləyir. Belə olan halda bu insanlar əslində işlə
təmin olunublar, lakin layiqli əməkhaqqından danışanda onların
ehtiyacları təmin edilmir. Əməkhaqqı aşağı olan işlərdə belə
işləyən insanlar əllərindən gələni edirlər ki, işlərini davam
etdirsinlər, çünki bir tərəfdən, alternativ tapmaq çox çətindir,
digər tərəfdən isə bizdə elə sosial müdafiə mexanizmləri yoxdur ki,
insanı işini itirdikdən sonra ən azı bir neçə ay qorusun. Mən nə
vaxtsa, bir neçə ay insanı ifrat yoxsulluğa düşməkdən qoruyan
işsizlik sığortasından danışıram. Ona görə də bu insanların işlə
təmin olunduğu istər dövlət, istərsə də özəl xidmətlər bu insanlar
üçün xüsusi əhəmiyyət kəsb edir. Bu məsələ xüsusilə regionlarda
problemlidir, çünki burada məşğulluq imkanları daha da
azdır”, – Mariam Caniaşvili deyir.
Dövlət məmurlarının aksiyalarına aparılma Marneulidə əksər hallarda
bağçaların vaxtından əvvəl bağlanmasına, dərslərin keçirilməməsinə
və şəhərdə bələdiyyə nəqliyyatının dayanmasına səbəb olub. Bu
reallığı nə Uşaq Bağçaları Birliyində, nə Resurs Mərkəzdə, nə də
nəqliyyat şirkətində təsdiq edirlər. Pedaqoqların bir qismi
bildirir ki, direktorlar məktəblərdə “Gürcü Arzusu”-nun əsas
gücüdürlər.
“Təəssüf ki, başqa məktəblər kimi bizdə də bu proses
var idi. Direktor və müavini müəllimlərə dedi ki, hökumətin təşkil
etdiyi aksiyaya mütləq getməliyik. Çünki bu bizim öhdəliyimizdir,
dövlət işində işləyirik, deməli dəstək olmalıyıq. Bəziləri
fərqləndirmir və bilmir ki, dövlət məmuru nədən ayrılmalıdır, yenə
də bir yolla məcbur edirlər, heç kim səsini çıxarmır. Bu
alışqanlıqdır, həmişə hökumət nə isə planlaşdıranda müəllimlər
mütləq orada olmalıdırlar. Əsasən işlərini itirmək qorxusu var.
Məncə diqqətə yetirmək istəyirlər ki, əgər sən getmirsənsə, deməli
hökumətə tabe olmursan”, – Marneulinin ictimai
məktəblərindən birinin müəllimi deyir.
“Müəllimlərin aksiyaya aparılması ən böyük utancdır.
Pedaqoqa milli təhsil planı verirsən, deyirsən uşaqda bu, bu və bu
bacarıqları inkişaf etdirməlisən, azad, düşüncəli vətəndaş
yetişdirməlisən, söz azadlığını, yaxşını pisdən ayırmağı
öyrətməlisən. Eyni zamanda həmin müəllimi məcburi şəkildə aksiyaya
aparırsan. Bunların hamısından sonra uşaq çaşır, nə baş verdiyini
başa düşmür. Sənə söz azadlığından, demokratiyadan, seçki
azadlığından danışan müəllimi zorla aksiyaya apardıqlarını görən
hansı şagird müəllimə hörmət edəcək”, – daha bir
pedaqoq bildirir.
Marneulinin bağça və məktəb müəllimlərini apardıqları sonuncu
aksiya “Gürcü Arzusu”-nun seçki kampaniyası çərçivəsində keçirilən
tədbir idi.
Ədalətli Seçkilərin (İSFED) hüquqşünası Tatia Kinkladze bizimlə
söhbəti zamanı bildirdi ki, əksər hallarda müxtəlif büdcə
qurumlarında işləyən şəxslər həssasdırlar. Çünki onlara qarşı
müxtəlif nizam-intizam cavabdehliyi tədbirlərindən istifadə oluna
bilər, bu təcrübədə baş verir.
“Bizdə əmək hüquqları baxımından fərqli təcrübə var və
çox yüksək standart təyin edilib. Bu kimi mübahisələrə təmin etmə
göstəricisi də yüksəkdir, çünki məhkəmə bu konkret hallarda
nizam-intizam cavabdehliyinin təyin edilməsi, qanuniliyi, yaxud
qanunsuz azadlığa buraxılmanı müzakirə edir. Bir çox hallarda oxşar
forma ilə azad edilmiş şəxsi işə götürüblər və pozulmuş əmək
hüquqlarını bərpa edə bilib. Ancaq bu konkret halda məcbur olaraq
müxtəlif vaxtlarda seçkiqabağı proseslərə qoşulan şəxslərin bu
hüquq haqqında bilməsi mühümdür”, – Tatia Kinkladze
bildirdi.
“Dövlət Xidməti haqqında qanunun” 15-ci maddəsinə əsasən, dövlət
məmurunun öz vəzifə səlahiyyətlərindən partiya (siyasi) məqsədləri
və ya maraqları üçün istifadə etmək hüququ yoxdur. Dövlət
işçisinin. həmçinin, iş saatlarında və ya vəzifə səlahiyyətlərini
icra edən zaman təbliğat, seçkiqabağı kampaniyada iştirak etmək
hüququ yoxdur.
Dövlət işçisinə hansısa siyasi partiyanın, seçki subyektinin, seçki
subyektinin namizədini dəstəkləmək, yaxud ona qarşı təbliğat
aparmaq, şirkətin prosesində inzibati resursdan istifadə etmək
qadağan olunur. Həmin qanunun 68-ci maddəsinə əsasən, məmur vəzifə
səlahiyyətlərini siyasi neytrallıq prinsipini qorumaq ilə həyata
keçirir. Bu dövlət xidmətinin qərəzsizliyi prinsipinə əməl
olunmasını təmin etmək məqsədilə iş vaxtı ərzində siyasi
fəaliyyətdən çəkinmək öhdəliyini nəzərdə tutur.
Material “Sosial Ədalət Mərkəzi”
ilə əməkdaşlıq çərçivəsində hazırlanıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415