Marneuli Bələdiyyəsinin Uşaq Bağçaları Birliyi ətçəkən maşınları
4360 lariyə alıb.
Birlik hər texnikaya 2180 lari ödəyib.
Uşaq Bağçaları məişət texnikasını sadələşdirilmiş qaydada “Saqi”
MMC-dən alıb. Uşaq Bağçaları Birliyinin nümayəndəsi Soso İnadze
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, ətçəkən maşınlar
iki bağça – Tamarisi və Marneuli şəhər 4 saylı bağçası üçün
alınıb.
“Bu bağçalarda ətçəkən maşınlar təmir olunacaq
vəziyyətdə deyildi və yenisini almalı olduq”, –
İnadze bildirdi.
Birlik sadələşdirilmiş qaydada ətçəkən maşının 2 ədəd bıçağını və
tor alıb və bunlara 170 lari ödəyib. Qeyd olunan ləvazimatların
alınması Marneuli şəhər 1 və 3 saylı bağçaları üçün lazım olub.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415