Bir sıra NATO ölkələri, o cümlədən ABŞ və Almaniya Rusiya ilə
birbaşa münaqişədən çəkinərək Ukrayna Prezidenti Volodimir
Zelenskinin tələbləri ilə razılaşmağa və onu dərhal alyansa dəvət
etməyə hazır deyil.
Bu barədə “Politico” nəşri adı açıqlanmayan dörd ABŞ və NATO
rəsmisi və diplomatına istinadən məlumat yayıb.
Onların verdiyi məlumata görə, Almaniya və ABŞ Kiyevin bloka dəvət
edilməsini yubandıran ölkələr arasında ilk sıralardadır.
Başqa bir mənbə isə bildirib ki, NATO ölkələri Ukraynanın üzvlüyünü
ancaq hipotetik olaraq dəstəkləyir və bu prosesin reallaşacağı
təqdirdə ona fəal şəkildə müqavimət göstərməyə başlayacaqlar.
“Politico”nun mənbəsinin sözlərinə görə, ABŞ Prezidenti Cozef
Baydenin administrasiyası hesab edir ki, Aİ ölkələrinin əksəriyyəti
yaxın gələcəkdə Ukraynanın NATO-ya daxil olmasını
dəstəkləməyəcək.