Son seçkilərin müşahidəçisi kimi Gürcüstandan qayıdan Avropa
Parlamenti deputatı Natali Loazo seçki prosesində baş vermiş ciddi
pozuntular barədə danışıb.
O, Marneuli şəhərindəki seçki məntəqələrində qeydə alınan
saxtalaşdırmanı, hədə-qorxuları və səsvermə prosesində müşahidə
olunan qanunsuzluqları ətraflı şəkildə izah edib. Loazo seçicilərin
qorxudulması, səsvermə zamanı saxtakarlıqlarım həyata keçirilməsi
və kriminal elementlərin seçki məntəqələrinin ətrafında yaratdığı
təzyiq barədə məlumatlar təqdim verib.
– Gürcüstandan yenicə qayıtmısınız, burada qanunverici
orqan seçkilərinə müşahidəçi kimi iştirak edirdiniz. Bildirirsiniz
ki, saxtakarlıq və qorxutmalar olub. Bu nə deməkdir, bunlar necə
baş verirdi?
– Saxtakarlıqların hər cür formasını gördüm. Mən 10 seçki
məntəqəsinə nəzarət edirdim. Biz 500-ə yaxın müşahidəçi idik. Mən
Tbilisi ətrafında və eyni zamanda Cənub-Şərqi Gürcüstanda
prosesləri izləyirdim. Marneulidə isə saxtakarlıqların əsl
festivalı keçirilirdi.
– Festival, yəni saxtakarlıqların?
– Bəli, saxtakarlıqların. Bülletenlərin qutulara köhnə üsullarla
salınması kimi. “Gürcü Arzusu”-ndan biri gəldi, bülletenləri
gətirdi və birbaşa qutuya doldurmağa başladı. Güclə qutuya atırdı,
çünki bülletenlər qutuya artıq sığmırdı.
– Bunu müşahidəçilərin qarşısında edirdi?
– Bəli, xarici təşkilatların gözü qarşısında, mən isə həmin vaxt
çöldə idim və içəri daxil oldum. Qarşımda gənc bir müşahidəçi var
idi və o, bu anları qeydə alırdı. Bu adamı, sözün əsl mənasında,
boğmağa çalışdılar. Boyun nahiyəsində qançır izləri olan bir oğlan
var idi. İnanılmaz bir qarışıqlıq və anlaşılmazlıq hökm sürürdü.
Səslərin satın alınması, birbaşa rüşvətə şahid oldum, bu da seçki
məntəqəsinin kənarında baş verirdi və biz bunu çəkdik. Necə baş
verdiyini bilirsinizmi? Çöldə böyük masalar qurulmuşdu, ətrafda çay
təklif edirdilər və həmin vaxt masanın altından pul ötürürdülər.
Artıq səs verənlərə və xüsusən də “Gürcü Arzusu”-nu işarələdiyini
göstərən bülletenin şəklini çəkib göstərənlərə pul verirdilər.
Seçki kabinəsində hamı bülleteninin şəklini çəkirdi. Bir qadın
təkcə ona görə cəsarət etmədi ki, görünür, bizim israrlı
baxışlarımızdan utandı. Yəqin ürəyində bu “iyrənc avropalılar”
haqqında düşünürdü, bizə görə layiqli ödənişini ala bilmədi.
Hədə-qorxu halları. Gürcüstanın həbsxanalarından kütləvi şəkildə
kriminal aləmin nümayəndələri buraxılmışdı, onlar seçki
məntəqələrinin qarşısında yerləşdirilmişdi. Elə fırıldaqçılar ki,
onlarla qarşıdurmaya cəsarət etməzsən, onların əlində səsverməyə
gələn və gəlməyən şəxslərin siyahısı vardı.
Ailənin hər hansı bir üzvü seçki məntəqəsində görünmədikdə, ailə
başçısına zəng edərək soruşurdular: “Hardasan? Vaxtına bax!” Bütün
bunlar bizim gözümüz qarşısında baş verirdi. Təsəvvür etməyə belə
cəsarət etmirəm, biz olmadığımızda orada nələr baş verirdi. Bir çox
vətəndaşın şəxsiyyət vəsiqəsi alınmışdı. Bir çoxu isə əlində
başqasının şəxsiyyət vəsiqəsi ilə gəlib səs verirdi və mən təkrar
edirəm, bu bizim qarşımızda, heç nədən çəkinmədən baş verirdi. Belə
bir hal da olmuşdu: bir kişi qadının şəxsiyyət vəsiqəsi ilə
gəlmişdi və ona dedik ki, bəy, qadının sənədi ilə səs verə
bilməzsiniz. Amma tam əmin idik ki, biz çevrilən kimi, eynisi və
daha pisi təkrarlanacaq, – deyə Fransanın Avropa məsələləri üzrə
keçmiş naziri, hazırda Avropa Parlamentinin deputatı olan Natali
Loazo Fransa mətbuatına bildirib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415