Parlamentin sədri Şalva Papuaşvili Aİ-nin 8 ölkəsinin xarici
əlaqələr komitələrinin sədrlərindən ibarət nümayəndə heyəti ilə
görüşdə iştirakdan imtina edib.
Papuaşvili sosial şəbəkədə yazıb ki, siyasətçilər onunla və
parlamentin bəzi komitələrinin sədri ilə görüş istəyiblər.
Papuaşvili imtinanın səbəblərini açıqladığı məktubda yazıb ki,
“Avropanı sülh layihəsi
kimi təqdim etmək və eyni zamanda, Avropa
adına ölkədə xaos səpmək mümkün deyil”.
Bu gün Orbeliani sarayında Avropa İttifaqına üzv olan 8 ölkənin
nümayəndə heyəti Gürcüstan prezidenti Salome Zurabişvili ilə
görüşüb.