Marneuli yerli özünüidarəsi Marneuli şəhərinin iki küçəsində drenaj
kanallarının çəkilməsi üçün “Pila 2010” MMC ilə iki sadələşdirilmiş
müqavilə imzalayıb.
Sadələşdirilmiş müqavilələrə əsasən, küçələrdə drenaj kanallarının
çəkilməsi “Vətəndaşların iştirakının inkişafına dəstək” təşəbbüsü
çərçivəsində həyata keçiriləcək.
Marneuli şəhərinin Cavaxişvili küçəsində drenaj kanallarının
çəkilməsi üçün 31 554 lari 99 tetri, Lermontov küçəsində isə 9 859
lari 89 tetri dəyərində müqavilələr
imzalanıb.
Qeyd edək ki, Marneuli meriyası “Vətəndaş İştirakı İnkişafına
Dəstək” təşəbbüsü çərçivəsində Marneulidə 14 parkın salınması üçün
“Pila 2010” ilə də sadələşdirilmiş qaydada müqavilələr imzalayıb.
Marneuli meriyası parkların salınması üçün “Pila 2010” şirkəti ilə
714 261 lari dəyərində müqavilə imzalayıb.
“Vətəndaşların iştirakının inkişafına dəstək” təşəbbüsü Gürcüstan
hökumətinə məxsusdur. Təşəbbüs çərçivəsində hökumət Gürcüstanın 54
bələdiyyəsinə pul ayırıb və bələdiyyələrdə həyata keçirilməli olan
layihələri əhali seçməli idi.
“Marneuli” radiosunun məktubuna Marneuli meriyasının rəsmi
cavabında bildirilib ki, “Vətəndaşların iştirakının inkişafına
dəstək” təşəbbüsü çərçivəsində vətəndaşlarla məsləhətləşmələr
aparılıb. Marneuli meriyası məsləhətləşmələrin hansı yaşayış
məntəqələrində keçirildiyini, onlarda neçə vətəndaşın iştirak
etdiyini və sözügedən məsləhətləşmələri konkret olaraq kimin
apardığını dəqiq qeyd etməyib.
Gürcüstan hökumətinin qərarına əsasən, “Gürcüstanın regionlarında
həyata keçiriləcək layihələr fondundan” 20 000 000 lari ayrılıb və
bu vəsait 54 bələdiyyəyə bölünüb. Marneuli meriyası hökumətin
ayırdığı vəsaitdən 756 716 lari alıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415