Prokurorluq qrup halında yeddi nəfərin sağlamlığına ağır zərər
vurma maddəsi ilə iki nəfərə ittiham irəli sürüb.
İstintaq müəyyən edib ki, 24 noyabr tarixində Bolnisi
bələdiyyəsinin Muşevani kəndində təqsirləndirilən şəxslər yeddi
nəfər zərərçəkmiş şəxsə qrup halında bıçaqla ağır dərəcəli
sağlamlıq zərbələri endiriblər.
Təqsirləndirilən şəxslər 25 noyabr tarixində həbs ediliblər.
Bir nəfərə ittiham Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin
3-cü hissəsinin "L" bəndi ilə, digərinə isə
117-ci maddənin 3-cü
hissəsinin "M" və "L" bəndləri ilə (iki və ya daha çox şəxsə qarşı,
qrup halında qəsdən sağlamlığa ağır zərbə vurma) irəli sürülüb. Bu
maddə üzrə cəza 9 ildən 13 ilədək azadlıqdan məhrumetməni nəzərdə
tutur.
Prokurorluq təqsirləndirilən şəxslər üçün həbs qətimkan tədbiri
tətbiq olunması ilə bağlı məhkəməyə müraciət edib.