Dekabrın 3-dən 4-nə keçən gecə zorakılıqla həbs
edilərək döyülən Elvin Kərimov 8 günlük həbs cəzasını
Zestafonidə çəkəcək.
Elvin Kərimovun vəkili Ayxan Həsənli “Marneuli” radiosuna bildirib
ki, məhkəmənin qərarından sonra müdafiə etdiyi şəxs Zestafoniyə
aparılıb.
Elvin Kərimovun məhkəməsi 5 dekabr tarixində
keçirilib.
“Bu prosesdə hakimin qarşı tərəfin vəkili
olub-olmadığını və ya neçə tərəfin olduğunu başa düşə bilmədik.
Hadisə şahidlərinə sual vermək üçün 5 dəqiqə vaxtı var idi, 5
dəqiqə ərzində iki sual verməyi çatdırmırdıq. Elvinin həbsi ilə
həbs protokolu arasında 3 saata qədər vaxt var idi, amma bu üç saat
ərzində bu adamın harada olması, nə işlə məşğul olduğuna cavab verə
bilmədilər. Protokolu niyə üç saatdan sonra
hazırlayıblar”, – Elvin Kərimovun vəkili Ayxan
Həsənli bildirir.
Vəkilin sözlərinə görə,
Kərimov 10 xüsusi təyinatlı tərəfindən döyülüb,
onun mobil telefonu və avtomobilinin açarları götürülüb. Onun
sözlərinə görə, həbs zamanı xüsusi təyinatlılar Elvin Kərimova
deyiblər ki, getsin Azərbaycan prezidenti İlham Əliyevdən haqqını
tələb etsin.
Artıq 9 gündür ki, Gürcüstan hökumətinin Avro-Atlantika kursunu
dəyişməsi ilə əlaqədar bütün Gürcüstanda etiraz aksiyaları
keçirilir.
Rustavelidə, Parlament binası qarşısında təhlükəsizlik qüvvələrinin
nümayəndələri aksiya iştirakçılarını vəhşicəsinə dağıdıblar.
Yayılan görüntülərdə bir qrup təhlükəsizlik qüvvələrinin aksiya
iştirakçılarını necə döydüyü görünür. Etirazçıların daha çox üzünə
zərbələr endirilir, onlar həbs olunarkən fiziki və şifahi
təhqirlərə məruz qaldıqlarını iddia edirlər. Hazırda yüzlərlə
vətəndaş silahlı qüvvələr tərəfindən həbs edilib və xəsarət alıb.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının nümayəndələri
jurnalistlərə də hücum edirlər. Aksiyaları işıqlandıran onlarla
jurnalist xəsarət alıb.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415