Mavi Qalereya yaxınlığında maskalı şəxs “Publika” nəşrinin
jurnalisti Mindia Qabadzeyə hücum edib.
Hadisə jurnalist Rustaveli prospektində, Mavi Qalereyanın
yaxınlığında keçirilən aksiyanı işıqlandırarkən baş verib. Onun
yanına maskalı şəxs gəlib və hücum edib. Yayılan görüntülərdən də
göründüyü kimi, hücum yerinin yaxınlığında patrul polisinin ekipajı
olub, hadisəyə reaksiya verməyib. Oradakı insanlar polisi
çağırsalar da, polis maşından belə düşməyib.
Mindia Qabadzenin üzündə zədələr var. O, hazırda polis
bölməsindədir.
“Gürcü Arzusu”nun “əlaltısı” “Mavi qalereya”
yaxınlığında keçirilən etiraz aksiyasını işıqlandırarkən
“Publikanın” jurnalist Mindia Qabadzeyə fiziki təzyiq göstərib.
Polis təcavüzkarı həbs etməyib”, - “Publika”
yazıb.