Aksiyaya gedən əməkdaşımız həlak olub - GPI Holdinq
Sığorta şirkəti GPI Holding bəyanat yayıb və yazır ki, dekabrın 7-də səhər saatlarında onların əməkdaşlarından biri etiraz aksiyasına gedərkən avtomobil qəzası keçirərək həlak olub.

“Həmkarımızın anası da maşında olub. O, hazırda çoxsaylı sınıqlarla klinikadadır və həkimlər onu xilas etmək üçün mübarizə aparırlar. Mövcud hadisələrin insan üçün ən qiymətli olan, həyatını təhdid etdiyini qeyd etmək bizim üçün
böyük ağrıdır”.



Şirkətin bəyanatında qeyd olunduğuna görə, indiki mərhələdə ailənin razılığı olmadan əlavə təfərrüatlar açıqlanmır.

Ölən qadının övlad Tamuna Kublaşvili sosial şəbəkələrdə hadisəyə münasibət bildirib.

Əvvəlcə qeyd olunub ki, qadın etiraz aksiyasında oğluna kömək etmək üçün gedirmiş və bu zaman qəzaya düşüb.

Tamuna Kublaşvili yazır ki, bu məlumat həqiqətə uyğun deyil və anası vətəndaş borcunu ödəmək üçün aksiyaya gedirmiş:

“Biz hamımız bilirik ki, ölkədə vəziyyət necədir və ürəyimiz ağrıyır. Mənim acımdan öz piarınız üçün istifadə edib, yalan məlumat yaymaq, bu cür manipulyasiyalarla odun üstünə neft tökmək çox iyrəncdir!

Anam ancaq aksiyaya gedirdi.

O, vətəndaşlıq borcunu ödəməyə gedirdi, kiminsə məni döydüyünə görə yox!

Başqalarının şəxsi məkanına hörmət etməyi öyrənin və müqəddəsbir şeyin qalmasına imkan yaradın!”
– dünyasını dəyişmiş qadının oğlu sosial şəbəkədə yazıb.

Doqquz gecədir ki, Tbilisidə və digər şəhərlərdə aksiyalar keçirilir.

Baş nazirin noyabrın 28-də verdiyi açıqlama ilə əlaqədar vətəndaşlar hökumətin istefasını, təkrar Parlament seçkilərinin keçirilməsini tələb edirlər.

“Gürcü arzusu” 2028-ci ilin sonuna kimi Gürcüstanın Avropa İttifaqına üzvlüyü ilə bağlı danışıqlar məsələsini gündəmə gətirməmək, 2028-ci ilin sonuna qədər isə Avropa İttifaqı büdcə qrantlarından imtina etmək qərarına gəliblər.

Dekabrın 6-dan 7-nə keçən gecə aksiyanın dağıdılması zamanı xüsusi təyinatlıların əməkdaşları 48 nəfəri həbs ediblər. Aksiya iştirakçılarının həbsi zamanı çəkilən görüntülərdə xüsusi təyinatlıların həbs zamanı onlara fiziki təzyiq göstərdiyi görünür.

Etirazların doqquzuncu gecəsi polis qüvvələri yenidən köhnə üsula əl atıb. Əgər yeddinci və səkkizinci gecə Rustaveli prospektində xüsusi təyinatlılar və su şırnaqları görünmürdüsə, doqquzuncu gecə Xüsusi Mühafizə Departamentinin əməkdaşları aksiya iştirakçıarını dağıtmaq üçün yenidən su şırnaqları və gözyaşardıcı qazdan istifadə ediblər.

“GPI Holding” mərhumun ailəsinin xahişi ilə bəyanatın başlıq və mətnini dəyişdirdiyini bildirib.

“GPI Holding”-in məlumatına görə, başlıq və mətnin ilkin versiyasında gənc qadının etiraz aksiyasında oğluna kömək etməyə gedərkən dünyasını dəyişdiyi bildirilir.



Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google
«« იანვარი 2025 »»
3031 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 12