Mülki Məşğulluq Mərkəzlər Şəbəkəsi Azərbaycan mediasının yaydığı dezinformasiyanı pisləyir
Mülki Məşğulluq Mərkəzlər Şəbəkəsi Azərbaycanın media vasitəsi Baku TV-nin və Gürcüstanda fəaliyyət göstərən 24news.ge onlayn media platformasının yayımladığı mətni qəti şəkildə təkzib edir. Bu məlumatda mərkəzin Marneuli ofisinin siyasi proseslərdə etnik azərbaycanlı vətəndaşların iştirakı və onların maliyyə dəstəyi ilə təmin olunması iddia edilir.

"Biz Azərbaycan mediası Baku TV-nin, daha sonra isə Gürcüstanda fəaliyyət göstərən 24news.ge onlayn mediasının yayımladığı
yalan məlumatları qətiyyətlə pisləyirik. Bu məlumatlarda iddia olunur ki, Mülki Məşğulluq Mərkəzlər Şəbəkəsinin Marneuli ofisi hər hansı formada Marneulidə yaşayan etnik azərbaycanlıların Gürcüstanın siyasi proseslərinə cəlb edilməsində və onların maliyyə dəstəyi ilə təmin olunmasında iştirak edir. Süjetdə deyilənlər tamamilə həqiqətə uyğun deyil",
- deyə Mülki Məşğulluq Mərkəzləri Şəbəkəsinin bəyanatında qeyd olunur.

Bəyanatda bildirilir ki, Baku TV-nin süjetində Marneuli ofisi səhvən USAID-in Marneuli ofisi kimi təqdim edilir və burada səsləndirilən ittihamlar heç bir sübuta əsaslanmır, tamamilə yalan məlumatdan ibarətdir. Təşkilat artıq Azərbaycan mediasına müraciət edərək süjetin silinməsini tələb edib, lakin hələlik nə təşkilata, nə də Marneulinin vətəndaş cəmiyyətini təmsil edən şəxslərə cavab verilməyib.

"Mülki Məşğulluq Mərkəzləri Şəbəkəsi artıq 13 ildir ki, Gürcüstanda demokratik proseslərin inkişafına, yerli əhalinin gücləndirilməsinə və vətəndaş iştirakının təşviqinə töhfə verir. Biz fəaliyyətimizlə qürur duyuruq və gələcəkdə də Gürcüstanın müxtəlif bölgələrində gördüyümüz işlərlə fəxr edəcəyik" - deyə bəyanatda bildirilib.

Kontekst və arxa plan:

Baku TV-nin dezinformasiya Kampaniyası

Bir neçə gün əvvəl, Azərbaycan televiziya kanalı Baku TV Gürcüstanda baş verən hazırkı etiraz aksiyalarına dair 18 dəqiqəlik süjet hazırlayıb. Həmin aksiyalar hakim partiya "Gürcü Arzusu"-nun Avropa inteqrasiyasından imtina etməsi səbəbilə başlayıb. Süjetdə Marneulidə fəaliyyət göstərən Məşğulluq Mərkəzinin əsassız olaraq Amerika qrantları ilə yerli sakinlərin etirazlara qoşulması üçün maliyyə ilə təmin olunduğu iddia edilir.

Bu məlumat Marneulidə fəaliyyət göstərən yerli media vasitəsi 24news.ge tərəfindən "Facebook" səhifəsində paylaşılıb. Paylaşılan material heç bir sübuta əsaslanmayan ittihamları ehtiva edir və ehtimal ki, dezinformasiya kampaniyasının bir hissəsidir.

Etiraz aksiyalarının konteksti:

Gürcüstanda bir aydan çoxdur davam edən etiraz aksiyaları ölkənin Avropa inteqrasiyasından imtina etməsi və Parlament seçkilərinin nəticələri ilə əlaqədardır. Seçkilərin legitimliyini Avropa İttifaqının bir çox üzv ölkəsi tanımayıb. ATƏT/ODİR hesabatında qeyd olunur ki, seçkilər ciddi pozuntularla keçib.

Baku TV-nin narratvləri:

Bu Azərbaycan mediasının Gürcüstan haqqında dezinformasiya yaydığı ilk hal deyil. Seçkilər öncəsi Azərbaycan media qurumları "Gürcü Arzusu"-nun təbliğatını aparan, Qərbin nüfuzdan salınması və müharibə qorxusunun yayılması ilə bağlı narrativlər təqdim edirdilər.

Qeyd etmək lazımdır ki, Mülki Məşğulluq Mərkəzində "Gürcü Arzusu"-nun hazırkı deputatı Zaur Darğallı öz ictimai karyerasını qurmuşdur. O, Marneulidə QHT sektorunda çalışaraq tanınmış, gəlirini Qərb, Avropa donorlarından almışdır. Lakin bu fakt Darğallının, QHT-lərin fəaliyyəti haqqında Rusiyadakı "Agentlər Qanunu" ilə bənzərliyi olan və Gürcüstanda "Rus Qanunu" kimi tanınan qanun layihəsinə səs verməsinə mane olmadı.

Mülki Məşğulluq Mərkəzləri Şəbəkəsi yayılan dezinformasiyanı qətiyyətlə təkzib edir və təşkilatın Gürcüstanda demokratik proseslərin inkişafına 13 illik töhfəsini vurğulayır. Təşkilatın fikrincə, belə dezinformasiya kampaniyaları ictimai parçalanmanı artırmaq və beynəlxalq tərəfdaşların nüfuzdan salınmasına xidmət edir.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google