Ümumi tətilə Marneulinin “PSP” əczaxanaları da qoşulacaq
Yanvarın 15-nə planlaşdırılan ümumi tətilə Marneulidə fəaliyyət göstərən “PSP” aptekləri də qoşulacaq. “PSP”-nin Marneuli üzrə dörd filialı var. Şirkətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən “Marneuli” radiosuna verilən məlumata görə, onların bütün şəbəkələri tətilə qoşulacaq.

“Heç bir məcburiyyət yoxdur, bu könüllü məsələdir, lakin Gürcüstan üzrə bütün şəbəkə və qrup tətildə iştirak edir, ona qoşulur”, – deyə PSP-dən bildiriblər.

13 yanvar tarixində “PSP” apteklər şəbəkəsi “Facebook” sosial şəbəkəsində paylaşım edərək, ümumi tətilə iki tələblə qoşulduqlarını qeyd edib: “Yeni, şəffaf, yüksək standartlara cavab verən Parlament seçkiləri keçirilməli, siyasi məhbuslar azad edilməlidir.”

“PSP Qrup tibb şirkəti olduğu üçün bir neçə saatlıq işi tamamilə dayandırmağa nə mənəvi, nə də qanuni hüququmuz yoxdur. Ona görə də fəaliyyətimizi 5 dəqiqə dayandırırıq. Bu etiraz da elə olacaq ki, həmin 5 dəqiqə ərzində bir növbətçi əczaçı təcili xidmət göstərsin. Təcili əməliyyatın təxirə salına bilməyəcəyini, reanimasiyanın fəaliyyətini dayandıra bilməyəcəyini, aptekə gələn yüksək təzyiqli xəstəni geri qaytarıb, birazdan gəl deyə bilməyəcəyimizi kimsəyə izah etməyə yəqin ki, ehtiyac yoxdur. Bu vəziyyətdə etirazımız belə davam edəcək: aptekdə təcili hallar üçün işçi olacaq, qalan işçilər isə 5 dəqiqəlik aksiyaya qoşulacaqlar”, – bəyanatda deyilir.


PSP
yanvarın 15-də, saat 15:00-da ümumi tətilə qoşulacaq.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google