Jurnalistlər Mzia Amağlobelinin işi ilə bağlı istintaq xidmətinin rəhbəri ilə görüş tələb edirlər
Jurnalistlər "Batumelebi" və "Netgazeti"nin təsisçisi Mzia Amağlobelinin işi ilə bağlı xüsusi istintaq xidməti rəhbəri Koka Katsitadze ilə görüş tələb edirlər.

Bu tələblə onlar bu gün saat 17:00-da Xüsusi İstintaq Xidmətinin qarşısına toplaşacaqlar. Bundan əvvəl isə Gənc Hüquqşünaslar Assosiasiyasında mətbuat konfransı keçiriləcək və işlə bağlı əlavə detallar ictimaiyyətə açıqlanacaq.

“Biz tələb edirik ki, Xüsusi İstintaq Xidməti
Mzianın qeyri-insani rəftara məruz qalması ilə bağlı araşdırmalara başlasın və Batumi polis rəisi İrakli Dqebuadzenin səlahiyyətləri dayandırılsın,”
– deyə jurnalistlər bəyan ediblər.

Mzia Amağlobeli yanvarın 11-də iki dəfə həbs olunub. İlk dəfə "Gürcüstan tətil edir" yazılı plakatın yapışdırılması ilə bağlı keçirilən etiraz aksiyası zamanı, ikinci dəfə isə Batumi polis rəisi İrakli Dqebuadzeni sillələməkdə ittiham edilərək polis işçisinə hücum maddəsi ilə həbs olunub. Bu maddə 4 ildən 7 ilə qədər həbs cəzasını nəzərdə tutur.

Hadisədən əvvəl iştirakçılar və polis arasında gərginlik və qarşıdurma yaşanıb ki, bu da polisin təxribat xarakterli hərəkətləri nəticəsində baş verib.

Yanvarın 14-də Batumi Şəhər Məhkəməsi Mzia Amağlobeliyə qarşı həbs qətimkan tədbiri seçib. Hakim Nino Saxelaşvili prokurorluğun həbs tədbirinə dair vəsatətini təmin edib. Müdafiə tərəfi 100,000 lari dəyərində daşınmaz əmlak təminatı təklif etsə də, bu qəbul edilməyib.

Mənbə: Netgazeti

Print ელ. ფოსტა
FaceBook Twitter Google