DİN: İnsana xəsarət yetirən, hündür mərtəbədən ataraq cəsədini yandıran şəxsi saxladıq
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, həyata keçirilən isti izlər və əməliyyat-istintaq tədbirləri nəticəsində Tbilisi Polis İdarəsinin əməkdaşları 2002-ci il təvəllüdlü L.T.-nı qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar.

“İstintaq müəyyən edib ki, təqsirləndirilən şəxs Tbilisidə qarşılıqlı mübahisə zəminində 1998-ci il təvəllüdlü L.J.-nin bədəninə küt əşya ilə çoxsaylı xəsarətlər yetirərək onu tikilməkdə olan binanın hündür mərtəbəsindən atıb.
Daha sonra təqsirləndirilən şəxs izlərini gizlətmək üçün meyiti yandıraraq hadisə yerindən qaçıb.

“Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi saxlayıblar”,
- məlumatda deyilir.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qəsdən adam öldürmə faktı ilə bağlı Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə araşdırma aparılır.
Cinayət 15 ilə qədər həbslə cəzalandırılır.

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google