Qori 5 saylı dövlət məktəbinin 11-ci sinif şagirdi məktəbə
pnevmatik silah gətirib.
Fakt ictimailəşib və məhkəmə icraçısının əməkdaşı onu yoxlamaq
qərarına gələndə şagird buna imkan verməyib.
Daha sonra mətbuatda məktəb rəhbərliyinin hadisə ilə bağlı polisə
məlumat verdiyi xəbəri yayılıb:
"Biz bunun silah olub-olmadığını dəqiq deyə bilmərik,
sadəcə olaraq, şübhə əsasında polislə əlaqə
saxladıq", -
deyə, Qori 5 saylı məktəbin direktoru
Leyla Namoradze qeyd edib. O, faktı təkzib etməyib, lakin şərh
verməkdən imtina edib.