Dmanisidən olan ictimai fəal Laşa Çxvimiani aclıq aksiyası keçirir
Dmanisi şəhər meriyasının önündə aclıq aksiyası keçirən Laşa Çxvimiani ölkədə son iki ayda baş verən
ədalətsizliklərə və günahsız insanların həbsinə qarşı etiraz edir. O, ədalətsizliklə barışmaq niyyətində olmadığını bildirir və yeni seçkilərin keçirilməsini, həmçinin siyasi məhbusların azadlığa buraxılmasını tələb edir.

"Ölkədə baş verən ədalətsizliyə etiraz edirəm. İnsanların qorxudulması və terror yolu ilə seçkilərin saxtalaşdırılmasını hamımız gördük

və razıyıq ki, bu ədalətsizlikdir. Mitinq iştirakçılarının polis maşınlarında döyülüb, təhqir edilməsi ilə bağlı da həmfikirik. Biz belə böyüməmişik, həmişə bilirdik ki, xeyirxahlıq qalib gəlməlidir. Bunu ailədə, məktəbdə öyrənirdik. İndi bu ədalətsizliyə qarşı birləşməliyik. Bataqlığa – Rusiyaya getməməliyik. O bataqlığa çatmağımıza bir addım qalıb. Buna yol verməməliyik."


Çxvimiani qeyd edir ki, xalq birləşərsə, ədalətsizliklərə qarşı mübarizə aparmaq mümkün olar.

Laşa Çxvimiani "Marneuli" radiosu ilə müsahibəsində Dmanisi meriyası və ümumilikdə bələdiyyə işçilərinin seçkilərin saxtalaşdırılmasında fəal iştirak etdiyini vurğuladı.

"İlk günlərdən Dmanisidən bir neçə nəfər Tbilisidə keçirilən aksiyalara qatılırdıq. Oradan döyülüb qayıdanda buraların səssizliyinə təəssüflənirdik. Ancaq seçkilərin saxtalaşdırılmasında hər bir bələdiyyə əməkdaşı fəal iştirak edirdi. Bu saxtalaşdırma sisteminin bir hissəsi idilər. Fikirləşdik ki, onlar üçün də burada narahatlıq yaradılmalıdır. Tbilisidə etiraz güclü idi, amma ən fəal və hiddətli etirazçılar regionlarda idi. Ən kasıb xalq da regionlardadır. Dmanisidə 20 min nəfərdən 9 mini aztəminatlıdır. Onların azadlıqları əllərindən alınıb. İnsan azad olmayanda sistem çökür. Sovet İttifaqı niyə dağıldı? Çünki insanlar azad deyildilər. Bu gün də belədirsə, sistem tezliklə dağılacaq."

Dmanisi meri Laşa Çxvimianiyə yaxınlaşaraq onunla konstruktiv dialoq qurmağa çalışıb. 

"Mən də konstruktiv olaraq bir neçə misal gətirdim. Dmanisidə baş verən ədalətsizliklərdən bəhs etdim. Mer təəccübləndi, sanki o etməyib. Öz davranışlarına cavabdeh ola bilmədiyi üçün onunla danışmaq mümkün olmadı," - Laşa Çxvimiani dedi.

Çxvimiani şəxsi danışıqdan imtina edərək, birgə canlı yayımda xalqa müraciət etməyi təklif edib.

Laşa Çxvimianinin etiraz aksiyası iki əsas məqsədə əsaslanır:

  • Seçkilərin yenidən keçirilməsi
  • Saxtalaşdırılmış seçkilərə görə qanunsuz həbs olunanların azadlığa buraxılması

 


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print ელ. ფოსტა
თეგები: dmanisi Laşa Çxvimiani
FaceBook Twitter Google