Mzia Amağlobelinin vəkili Maia Mtsariaşvili qeyd edib ki,
“Batumelebi/Netgazeti”nin direktoruna transfuziya təyin edilib.
Vəkilin sözlərinə görə, səfəri zamanı Mzia Amağlobeli uzanmış
vəziyyətdə olub və zəifdir, lakin o, məhkəməyə qədər sağ qalmaq və
martın 4-də keçiriləcək iclasda iştirak etmək istəyir.
“Mzianın səhhəti ilə bağlı heç nə deyə bilmərəm.
Ehtimal olunur ki, İctimai Müdafiəçi tərəfindən seçilmiş və onun
mandatı ilə təchiz olunmuş müvafiq profilli mütəxəssislər səfər
edəcəklər. Gözümlə gördüyümü deyim – bu adam uzanıb, sağ qalması
üçün məhlul köçürülür. Təəssüf ki, vəziyyəti belədir və bu günlərdə
ondan daim islah müəssisəsində qalması tələb olunur. Onun vəzifəsi
məhkəməyə qədər sağ qalmaqdır və özü də məhkəmədə olmaq istəyir –
məhkəmə martın 4-nə təyin edilib.
Səhhətini nəzərə alaraq bunun nə dərəcədə mümkün olacağını
bilmirəm, amma o deyir ki, klinikada analizlər aparılarkən, bu
zəruri və məcburi transfuziyalar aparılarkən onun orqanizminə
proses üçün bərpa olunmaq üçün bir qədər də vaxt veriləcək. Mən
orda olanda, danışmağa çətinlik çəkmirdi, danışırdıq. Əlbəttə ki,
o, mən onu sonuncu dəfə gördüyümdən daha zəifdir, lakin bu
transfuziyalar onun sağlamlığını və həyat keyfiyyətini elə qorumağa
xidmət edir ki, insan proseslərdə iştirak edə, düşünə və prosesdə
özü iştirak edə bilsin", - Maia Mtsariaşvili
bildirib.
“Batumelebi/Netgazeti”nin təsisçisi və direktoru Mzia Amağlobeli
27-ci gündür aclıq aksiyası keçirir. Mzia Amaqlobeli Batumi polis
rəisi İrakli Dqebuadzenin üzünə sillə vurduğu üçün polis əməkdaşına
hücum etməkdə ittiham olunur. Onu 4 ildən 7 ilə qədər həbs
gözləyir.
O, bu gün Vivamed klinikasında həkim briqadası tərəfindən ziyarət
ediləcək.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415