Hakim Levan Kolbaia Mzia Amağlobelinin vəsatətini qəbuledilməz elan edib
Fevralın 14-də hakim Levan Kolbaia Mzia Amağlobelinin vəkillərinin həbs qətimkan tədbirinin - həbsin ləğvi ilə bağlı vəsatətini qəbuledilməz elan edib.

Vəkillər hakimin Mzia Amağlobelini nə üçün azad etməli olduğu bir neçə halı, o cümlədən saxtalaşdırılan inzibati həbs protokolunun olmasını qeyd ediblər.

Prokurorlar Vladimir Turmanidze və Tornike Qoqeşvili həbs qətimkan tədbiri seçilərkən Mzia Amağlobelinin saxta inzibati
həbs protokolu əsasında həbs edilməsini xahiş edib, hakim Nino Nameşvili isə saxta sənədə əsaslanıb:

Mzia Amağlobelinin inzibati həbs protokoluna əsasən, o, polis əməkdaşlarını təhqir etdiyinə görə saxlanılıb [Gürcüstan Cinayət Məcəlləsinin 173-cü maddəsi], lakin “Batumelebi”nin lentə aldığı video bu iddianın yalan olduğunu sübut edir.

Batumi polis rəisi İrakli Dqebuadze deyir ki, Mzia Amağlobeli stiker yapışdırdığına görə İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinə əsasən həbs edilib. Bu maddədə həbs qətiyyən nəzərdə tutulmur.

Bundan əlavə, Mzia Amağlobeli həbsi zamanı nəinki polisi təhqir etmir, hətta ümumiyyətlə heç nə demir.

13 fevral 2025-ci ildə Mzia Amağlobelinin vəkilləri həbs qətimkan tədbirinin ləğvi üçün Batumi Şəhər Məhkəməsinə vəsatət qaldırıblar.

Hakim Levan Kolbaia Mzia Amağlobelinin vəkillərinin vəsatətini qəbuledilməz hesab etdiyi üçün o, bu vəsatəti iclasda nəzərdən keçirməyəcək. Vəkillər Batumi Şəhər Məhkəməsinin bu qərarından Apellyasiya Məhkəməsinə şikayət edəcəklər.

“Bu, Mzia Amağlobeliyə qarşı növbəti qanunsuz və əsassız məhkəmə qərarıdır. Onun həbsinə haqq qazandırmaq üçün heç bir əsas yoxdur. Bu qərarlarla Gürcüstan məhkəmə sistemi öz qanunsuzluq tarixini yazır”, - deyə Mzia Amağlobelinin vəkilləri Nona Kurdovanidze, Qiorqi Ximşiaşvili və Maia Mtsariaşvili bildiriblər.


Mzia Amağlobeli "Batumelebi" və "Netgazeti" nəşrlərinin təsisçisidir. O, həbsinə etiraz olaraq 34 gündür aclıq aksiyası keçirir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google