Sosial yardım proqramları parlament seçkilərinin nəticələrinə təsir göstərib - İSET
ISET tədqiqat institutunun hazırladığı araşdırmaya görə, dövlət sosial yardım proqramları 2024-cü il parlament seçkilərinin nəticələrinə təsir göstərib.

Daha dəqiq desək, sosial yardım alanların əhalidə xüsusi çəkisinin bir faiz bəndi artması “Gürcü arzusu”nun aldığı səslərin payının 0,47-0,53 faiz bəndi artmasına səbəb olub. Seçkilərin ümumi kontekstini və nəticələrini nəzərə alsaq, güman edə bilərik ki, ünvanlı sosial yardım proqramlarının
genişləndirilməsi “Gürcü arzusu”na əlavə 45,500-50,000 səs gətirmiş ola bilər ki, bu da ümumi səslərin 2,2-2,5%-ni təşkil edir.

"Nəticələr sosial yardım proqramlarının potensial strateji siyasi silah kimi istifadəsi ilə bağlı kritik suallar doğurur”, - tədqiqatda deyilir.

Ölkədə həyata keçirilən ən mühüm ünvanlı sosial yardım proqramlarından biri də ifrat yoxsulluq şəraitində yaşayan ailələrə maddi yardım göstərmək məqsədi daşıyan dövlət yaşayış müavinəti proqramıdır. 2020-ci ilin oktyabrına (əvvəlki parlament seçkilərinin tarixi) Gürcüstanda 142 870 ailə və ya 510 343 nəfər sosial yardım alıb.

Növbəti dörd il ərzində, yəni 2024-cü il parlament seçkilərinə qədər sosial müavinətlərin aylıq məbləği xeyli artıb. 2024-cü ilin oktyabr ayına yardım alan ailələrin sayı 25% artaraq 178 107 ailəyə, fərdi yardım alanların sayı isə 34% artaraq 684 432 nəfərə çatıb. Ən nəzərəçarpacaq artım sosial yardımın ümumi aylıq məbləğində müşahidə olunub ki, bu da 143% artaraq 69 936 512 lari olub ki, bu da orta illik 25% artıma uyğundur.

2022-ci ildə 18 yaşdan pensiya yaşına qədər olan, əlil olmayan və səhhətində ciddi problemi olmayan sosial yardım alanlar üçün əhəmiyyətli dəyişiklik qüvvəyə minib. Bu dəyişiklik əsasən dövlət sektorunda aylıq 300 lariyə qədər əmək haqqı ilə benefisiarların məşğulluq imkanlarını nəzərdə tutur.

Məşğulluq vəziyyətində, alınan əmək haqqı faydalanan şəxsin aldığı sosial yardımın məbləğinə təsir göstərmir. Məşğulluq proqramının iştirakçıları dövlət sektorunda işlə təmin olunmaq, qeyri-rəsmi məşğulluğu rəsmiləşdirmək və ya özəl sektorda işə götürüldükdə müvafiq sənədləri təqdim etmək imkanına malikdirlər. Qeyd edək ki, məşğulluq proqramında iştirak edən ailələrə və fərdlərə bu müddət ərzində sosial vəziyyətinə baxılmayacağından dörd il müddətində yaşayış müavinəti almağa zəmanət verilir. 2024-cü ilin oktyabr ayına olan məlumata görə, məşğulluq proqramında 50 962 ailə iştirak edir ki, bu da sosial yardım alan ailələrin 28,6 faizini təşkil edir. Bu ailələrə aylıq sosial yardım 22 766 706 lari təşkil edib ki, bu da göstərilən ümumi sosial yardımın 33 faizini təşkil edir.

Mənbə: BM

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google