DİN: Polis Tbilisidə baş verən qətldə təqsirləndirilən şəxs isti izlərlə saxlanıldı
Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, polis ötən gecə Tbilisidə baş vermiş qətl hadisəsi ilə bağlı bir nəfəri isti izlərlə saxlayıb.

Nazirliyin bildirdiyinə görə, şəxs qəsdən adam öldürmə ittihamı ilə saxlanılıb, bu cinayətə görə 15 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

“Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları həyata keçirdikləri operativ tədbirlər və istintaq hərəkətləri
nəticəsində 2006-cı il təvəllüdlü şəxsi qəsdən adam öldürmə ittihamı ilə saxlayıblar.
Cinayət 15 ilə qədər həbs cəzası ilə cəzalandırılır.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Tbilisidə yerləşən barlardan birinin yaxınlığında soyuq silahla 2004-cü il təvəllüdlü şəxsi yaralayıb və hadisə yerindən qaçıb.

Yaralı gənc xəstəxanaya aparılıb, lakin onun həyatını xilas etmək mümkün olmayıb,”
– DİN-in məlumatında qeyd edilib.

Qəsdən adam öldürmə faktı üzrə istintaq Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə aparılır.

Mətbuatda yayılan məlumata görə, qətlə yetirilən şəxs 21 yaşlı idmançı Qiorqi Axalaia olub.

Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print ელ. ფოსტა
FaceBook Twitter Google