Gürcüstan Daxili İşlər Nazirliyi 15 mart saat 11:40-a qədər
Çavçavadze prospektində 14 mart gecəsi baş vermiş qətl hadisəsi ilə
bağlı yeni məlumat paylaşmayıb.
Nazirlik nə qətlə yetirilənin kimliyini açıqlayıb, nə də hücumçunun
saxlanılıb-saxlanılmadığını bildirib. Hücum zamanı bir nəfər odlu
silahla öldürülüb, daha bir nəfər isə yaralanıb.
Mediaya görə, qətlə yetirilən şəxs 58 yaşlı iş
adamı Levan
Canqveladzedir. O, bir neçə günlük Gürcüstana gəlmiş və küçədə
mühafizəçilərinin müşayiəti ilə hərəkət edirdi.
“TV Pirveli”nin yaydığı görüntülərdə qatilin Çavçavadzedə onları
gözlədiyi, onların müəssisədən çıxmasını gözlədikdən sonra
arxalarınca getdiyi və bir neçə metr birlikdə hərəkət etdikdən
sonra hücum etdiyi görünür. Hadisə saat 23:32-də baş verib.
Eyni mənbənin məlumatına görə, qətlə yetirilən Levan Canqveladze
“qanuni oğru” kimi tanınan Merab Canqveladzenin (“Suxumski”
ləqəbli) qardaşıdır.
Çavçavadze prospektində baş vermiş qətl hadisəsi ilə bağlı istintaq
Gürcüstan Cinayət Məcəlləsinin 108-ci (qəsdən adam öldürmə) və
236-cı (qanunsuz odlu silah əldə etmə, saxlama və gəzdirmə)
maddələri əsasında aparılır.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415