Ətraf Mühitin Milli Agentliyinin məlumatına görə, 17 martın axşam
saatlarından etibarən Qərbi Gürcüstanda,
19-20 mart tarixlərində isə ölkə ərazisinin əksər hissəsində yağış,
yüksək dağlıq ərazilərdə isə bəzi yerlərdə güclü qar yağması
gözlənilir.
Sahil bölgələrində küləyin güclənməsi və dənizdə 4-5 ballıq fırtına
ehtimal edilir.
“Gürcüstanın dağlıq bölgələrində havanın yüksək
temperaturu səbəbindən qarın əriməsi və intensiv yağışlar çaylarda
su
səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, daşqınlara, bəzi
yerlərdə çay məcralarının daşmasına və ətraf ərazilərin su
basmasına səbəb ola bilər. Şərqi Gürcüstanın kiçik çaylarında isə
daşqınlar gözlənilir.
Ölkənin yüksək dağlıq bölgələrində qar uçqunlarının baş verməsi,
təpəlik və dağlıq ərazilərdə isə torpaq sürüşməsi və sel
proseslərinin aktivləşməsi mümkündür (təhlükə səviyyəsi
yüksəkdir)”, – məlumatda bildirilib.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415