Martın 18-də "Neft Daşları"nda kran tarazlığını itirərək dənizə
düşüb.
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat
Birliyindən (İB) bu barədə məlumatları ölkənin yerli saytlarına
təsdiqləyiblər.
Məlumata görə, saat 16:25 radələrində "Azneft" İB-nin "Neft
Daşları" Neft və qazçıxarma idarəsinin 4 saylı Neft və qazçıxarma
sahəsində təmir işləri zamanı "Libher Gravleer" tırtıllı kranı
tarazlığını itirərək dənizə düşüb.
Hadisə nəticəsində kranın maşinistinin həlak olduğu bildirilir.
Rəsmi məlumata həlak olan maşinistin yaxınlarından münasibət almaq
mümkün olmayıb.
Xatırlatma
Son 10 ildə Xəzərdə neftçilər bir sıra ağır faciələrlə üzləşiblər.
2016-cı il dekabrın 15-də qasırğanın Nərimanov adına Neft Qaz
Çıxarma İdarəsinin estakadasını uçurması
nəticəsində 10 neftçinin
dənizə düşdüyü açıqlanmışdı. Onlardan birinin həmin gün,
bəzilərinin isə sonrakı günlər cəsədi tapılıb ailəsinə verilib.
Həmin vaxt bir çox sosial şəbəkə istifadəçiləri SOCAR rəhbərliyini
önləyici təhlükəsizlik tədbirləri görməməkdə qınamışdı.
2015-ci il dekabrın 4-də isə "Günəşli" yatağında yanğın baş
vermişdi. Həmin vaxt 64 neftçidən yalnız 34-ü xilas edilib. Onda da
hava şəraitinin əlverişsiz olduğu bildirilirdi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415