Daxili İşlər Nazirliyinin məlumatına görə, Şida Kartli Polis
Departamentinin əməkdaşları maddi qazanc əldə etmək məqsədilə
kompüter sisteminə müdaxilə
və icazəsiz giriş faktları ilə bağlı əvvəllər məhkum olunmuş,
2002-ci il təvəllüdlü İ.O.-nu saxlayıblar.
"Aparılmış istintaq tədbirləri nəticəsində müəyyən
edilib ki, təqsirləndirilən şəxs maddi qazanc əldə etmək məqsədilə
sosial şəbəkə "Facebook" platformasında müxtəlif vətəndaşların
şəxsi hesablarını icazəsiz ələ keçirib.
Daha sonra onların ad və
soyadlarından istifadə edərək müxtəlif şəxslərlə əlaqə saxlayıb və
borc pul istəyib.
Təqsirləndirilən İ.O. bu cinayət sxemi ilə bir neçə vətəndaşın
pulunu qanunsuz olaraq mənimsəyib.
Hüquq-mühafizə orqanlarının istintaq tədbirləri nəticəsində bu
mərhələdə 25 zərərçəkmiş vətəndaş müəyyən edilib", –
deyə rəsmi açıqlamada bildirilir.
DİN-in məlumatına əsasən, istintaq Gürcüstan Cinayət Məcəlləsinin
286-cı prima və 284-cü maddələri ilə aparılır.
Cinayətə görə 6 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası
nəzərdə tutulur.