İlham Əliyev: “Mən yaxın gələcəkdə Rusiya və Ukrayna arasında sülh görmürəm”
"Əgər realist gözü ilə baxsaq, mən yaxın gələcəkdə Rusiya və Ukrayna arasında sülhün baş tutacağını görmürəm

Rusiyanın işğal olunmuş əraziləri öz torpaqları kimi elan etdiyini nəzərə alsaq – onlar necə kompromisə gedə bilərlər?! Ukrayna və dünya, o cümlədən Azərbaycan da, bu əraziləri Ukraynanın bir hissəsi hesab edir. Ukrayna necə deyə bilər ki, bu torpaqlar artıq ona məxsus deyil?!
Əgər bu baş verərsə, deməli, mən siyasətdən nəyisə anlamıram. Müharibələr yalnız kapitulyasiya sənədinin imzalanması ilə başa çatır.
İki müharibə keçirmiş bir ölkənin lideri kimi təcrübəmə əsasən deyə bilərəm ki, atəşkəs heç vaxt müharibəni dayandırmır. Əgər işğal olunmuş sərhəddə sülhməramlılar yerləşdirilirsə, bu, o deməkdir ki, siz torpaq itirirsiniz.
Mənim fikrimcə, heç bir ölkə ərazi bütövlüyündən imtina etməyə razı olmaz. Ona görə də, Ukraynanın legitim ərazilərindən imtina etməsi ilə bağlı gözləntilər ədalətsiz və reallıqdan uzaqdır"
, - deyə Azərbaycan prezidenti İlham Əliyev bildirib.
Print ელ. ფოსტა
თეგები: İlham Əliyev Ukrayna
FaceBook Twitter Google