Xonidə 3 uşaq yol qəzasında öldü
Xonidə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində üç azyaşlı
həlak olub.
Yayılan məlumata görə, avtomobil körpüdən suya aşıb və nəticədə üç
azyaşlı hadisə yerindəcə həyatını itirib. İki nəfər isə xəsarət
alaraq klinikaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata əsasən,
onların vəziyyəti orta-ağır qiymətləndirilir.
Hadisə ilə bağlı istintaq başlanılıb.