Vağzal bazarı ərazisində baş vermiş yanğın təxminən 15 000 m² sahəni məhv edib

Vağzal bazarı ərazisində baş verən yanğın nəticəsində təxminən 15 min kvadratmetr sahə yanıb.


Bu barədə jurnalistlərə Fövqəladə Hallar nazirliyinin yanğından mühafizə idarəsinin rəisi Levan Museliani məlumat verib.

Müxtəlif məhsulların satışı ilə məşğul olan satıcıların malları "Borjomi Vağzalı" ərazisində tamamilə məhv olub.

Yanğının səbəbi hələlik məlum deyil, lakin yanğın səhər saat 06:00 radələrində başlayıb. Yanğını

söndürmək üçün yanğınsöndürən-xilasedicilər təxminən üç saat çalışıblar. Levan Muselianinin sözlərinə görə, prosesə 30 yanğınsöndürən maşın cəlb olunub.

Bazarın yaxınlığında yerləşən bəzi klinikalardan pasiyentlərin və əməkdaşların təxliyəsi həyata keçirilib.

Qeyd edək ki, 2017-ci ildə Tbilisi Vağzalının yaxınlığında yerləşən “Uşaq Dünyası” ticarət mərkəzi də yanaraq məhv olmuşdu. Həmin hadisə ilə bağlı prokurorluq yanğın təhlükəsizliyi qaydalarının pozulması və xidmətdə səhlənkarlıq ittihamları ilə mərkəzin direktoru və daxili təhlükəsizlik xidmətinin əməkdaşını həbs etmişdi.


 


 

Print ელ. ფოსტა
თეგები: Tbilisi Vağzal Yanğın
FaceBook Twitter Google