Kvemo Kartlidə "TV Pirveli" telekanalının jurnalisti Mariam
Makasaraşvili çəkiliş zamanı fiziki zorakılığa məruz qalıb.
Hadisə Qiorqi Sincikaşvilinin yaşadığı evin yaxınlığında baş verib.
Telekanalın çəkiliş qrupu onun vəzifədən istefası ilə bağlı şərh
almaq məqsədilə əraziyə gedibmiş.
“Biz Qiorqi Sincikaşvilinin evinin qarşısında idik. O,
sosial şəbəkədə Kvemo Kartli qubernatorunun birinci müavini
vəzifəsindən istefa verdiyini açıqladıqdan sonra onun bu qərarı ilə
bağlı suallarımızı ünvanlamaq üçün ora getmişdik. Evin yaxınlığında
ailə üzvləri ilə qarşılaşdıq. Atasından qısa bir müsahibə də
götürdük. Bildirdi ki, oğlunun istefasını yeni öyrənib.
Artıq ərazidən uzaqlaşmaq üzrə idik ki, Qiorqi Sincikaşvilinin
atası qəfil aqressivləşdi. Əvvəlcə operatorumuzun əlindən çəkiliş
kamerasını zorla aldı. Ardınca mənə yaxınlaşıb şəxsi mobil
telefonumu əlimdən alaraq fiziki zorakılıq tətbiq
etdi”, – deyə Mariam Makasaraşvili bildirib.
"TV Pirveli"nin prodüseri Nodar Meladze də insidenti təsdiqləyərək
qeyd edib ki, keçmiş qubernator müavininin atası jurnalistə qarşı
fiziki zorakılıq tətbiq edib, onun telefonunu və telekanala məxsus
avadanlığı əlindən alıb. Meladzenin sözlərinə görə, hadisə yerinə
hələ də polis gəlməyib.
Telekanal baş verənləri Qiorqi Sincikaşvilinin bu gün səhər verdiyi
istefa bəyanatı ilə əlaqələndirir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415