Mübahisəli Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili öz
Facebook səhifəsində “Vaymar üçbucağı”na daxil olan ölkələrin
– Almaniya, Polşa və Fransa liderlərinin Gürcüstanın Müstəqillik
Günü münasibətilə verdiyi birgə bəyanata cavab verib və onu
“utancverici” adlandırıb.
Qeyd olunan bəyanatda Gürcü xalqının Avropa İttifaqına inteqrasiya
arzusu dəstəklənir və Gürcüstan hökumətinin demokratiyanın geriyə
dönməsinə səbəb olan addımları qınanır.
Papuaşvili yazıb:
“
Gürcü xalqına və Gürcü dövlətinə qarşı, onun milli bayramı
günü edilən utancverici hücumdur.”
Fransa Prezidenti Emmanuel Makron, Polşanın Baş naziri Donald Tusk
və Almaniya Kansleri Fridrix Merz öz birgə bəyanatlarında Gürcü
hökumətindən aşağıdakı addımları atmasını tələb edirlər:
• İfadə və toplaşma azadlığı qorunmalıdır;
• Güc tətbiqinin həddindən artıq halları araşdırılmalıdır;
• Avropa standartlarına zidd olan qanunlar dəyişdirilməlidir;
• Tələb olunan islahat prosesi bərpa olunmalıdır;
• Gürcüstan hökuməti müxalifət və vətəndaş cəmiyyəti ilə dialoqu
bərpa etməlidir.
Bəyanat bu sözlərlə tamamlanır:
“Gürcü xalqının ölkənin Avropa yoluna çıxış imkanları əlindən
alınmamalıdır.”
Qeyd edək ki, Vaymar üçbucağına daxil olan bu ölkələrin liderləri
həm 2024-cü il parlament seçkiləri ərəfəsində, həm də ondan sonra
dəfələrlə “Gürcü Arzusu” hökumətinin Avropa İttifaqı və onun üzv
dövlətlərinə qarşı aqressiv ritorikasından narahatlıqlarını ifadə
ediblər. Onlar Gürcüstan hökumətini kursunu dəyişməyə, Avropa
yoluna qayıtmağa və islahatları bərpa etməyə çağırıblar.
Xatırladaq ki, 26 may – Gürcüstanın Müstəqillik Günüdür və bu il
Gürcüstanın müstəqillik aktının qəbulundan 107 il ötür.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415