Rusiya tərəfindən Ukraynaya təqdim olunan təklif memorandumunda nə yazılıb?

Rusiya dövlət agentliyi TASS-ın məlumatına görə, iyunun 2-də İstanbulda keçirilən görüş

zamanı Rusiya nümayəndə heyəti Ukrayna tərəfinə "Ukrayna böhranının tənzimlənməsi" ilə bağlı bəzi təkliflər əks olunmuş memorandum təqdim edib.

Memorandumun əsas müddəaları aşağıdakılardır:

Ukraynanın neytrallığı, hərbi ittifaqlara və koalisiyalara qoşulmaqdan imtina etməsi, həmçinin ölkə ərazisində üçüncü dövlətlərin hərbi əməliyyatlarının və xarici hərbi kontingentin, bazaların və infrastrukturun yerləşdirilməsinin qadağan olunması;

Atəşkəsin ilk şərti kimi Ukrayna Silahlı Qüvvələrinin Donetsk, Luqansk, Xerson və Zaporojye vilayətlərindən – “tərəflərin razılaşdığı məsafəyə qədər, mövcud vəziyyətə əsasən” – tamamilə çıxarılması;

Rusiyanın təklifinə əsasən, Ukraynada seçkilər keçirilməli, daha sonra isə sülh sazişi imzalanmalıdır. Memorandumun üçüncü hissəsində icra olunmalı addımların ardıcıllığı və müddətləri qeyd olunub. Altıncı bənddə deyilir: “Seçkilərin keçirilməsi və Ukrayna ərazisində hakimiyyət orqanlarının formalaşdırılması”, bundan sonra isə “razılaşmanın imzalanması” nəzərdə tutulur;

Atəşkəsin şərtlərindən biri kimi Ukraynanın Rusiya Federasiyasına və onun vətəndaşlarına qarşı diversiya və təxribat fəaliyyətlərindən imtinası tələb olunur;

Memorandumda atəşkəs rejiminə nəzarət və monitorinq üçün ikitərəfli mərkəzin yaradılması nəzərdə tutulur;

Ukraynada "millətçi silahlı birləşmələrin buraxılması" sənədin daha bir şərtidir;

Sənəddə Krımın, Donbasın və "Novorossiya"nın Rusiya Federasiyasının tərkib hissəsi kimi beynəlxalq səviyyədə tanınması tələbi yer alır.


İyunun 2-də İstanbulda Ukrayna və Rusiya nümayəndə heyətlərinin danışıqlarının ikinci raundu keçirilib. Bu görüşdə Rusiya tərəfi Kremlin təkliflərini əks etdirən sənədi Ukrayna nümayəndə heyətinə təqdim edib. Ukrayna nümayəndə heyətinin rəhbəri Rustem Umerov bildirib ki, Moskva sənədi birbaşa görüş zamanı təqdim edib, halbuki Kiyev əvvəlcədən öz təkliflərini təqdim etmişdi.

Bazar ertəsi keçirilən görüşdə tərəflər müəyyən kateqoriyalı hərbi əsirlərin və cəsədlərin dəyişdirilməsi barədə razılığa gəliblər. Ukrayna tərəfi Rusiya tərəfinə geri qaytarılmasını qeyd-şərtsiz tələb etdiyi ukraynalı uşaqların siyahısını təqdim edib.

Ukrayna-Rusiya danışıqlarının ilk raundu bu il mayın 16-da baş tutmuşdu.

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print ელ. ფოსტა
FaceBook Twitter Google