Rusiya Gürcüstanda İsveçrə səfirliyindəki nümayəndəliyin rəhbəri vəzifəsinə Dmitri Olisovu təyin edib

Rusiya Gürcüstan üçün yeni nümayəndə təyin edib. İsveçrənin Gürcüstandakı səfirliyində Rusiya maraqları bölməsinin yeni rəhbəri Dmitri Olisovdur.



Olisov indiyədək Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin rəhbəri olub. Məhz bu departament Rusiya ilə Gürcüstan və onun işğal olunmuş bölgələri arasındakı münasibətlərə cavabdehdir.

Bu barədə məlumatı Rusiya Xarici İşlər Nazirliyi 2 iyun tarixində yayıb.

Olisov 2022-ci ildə Moskva Beynəlxalq Münasibətlər İnstitutunu (MGIMO) bitirib və o vaxtdan etibarən diplomatik xidmətdədir.

O, Rusiyanın Latviyada, Brüsseldə və Almaniyada nümayəndəliklərində çalışıb.

Nazirliyin məlumatına görə, 45 yaşlı diplomat ingilis, latış və alman dillərini bilir.

İsveçrə səfirliyində Rusiya maraqları bölməsinə 2021-ci ilin yanvarından 2025-ci ilin mayınadək Dmitri Trofimov rəhbərlik edib.

Rusiya dövlət mediasının məlumatına görə, onun vəzifədən getməsi diplomatik xidmətdə planlaşdırılmış rotasiya ilə əlaqəlidir. Lakin 2025-ci ilin fevralında sosial şəbəkələrdə yayılan məlumatlara əsasən, Trofimovun geri çağırılmasının səbəbi Moskvanın narazılığı olub — iddiaya görə, o, Gürcüstanda ruslara, Rusiyaya və prezident Putinə qarşı çıxan aktyorların və rejissorların tamaşalarına bilet alıb. Bu məlumat Rusiya Xarici İşlər Nazirliyi tərəfindən fevral ayında təkzib olunmuş və spekulyasiya adlandırılmışdı.

• Gürcüstan 2008-ci il müharibəsindən sonra Rusiya ilə diplomatik əlaqələri kəsib və bu vaxtdan bəri iki ölkə arasında rəsmi diplomatik münasibətlər yoxdur;
• Rusiya və Gürcüstan bir-birlərini İsveçrə səfirlikləri vasitəsilə təmsil edirlər ( “maraq bölmələri”) Tbilisi və Moskvada fəaliyyət göstərir.
Trofimovun Rusiya tərəfdəki həmkarı, İsveçrə səfirliyində Gürcüstan maraqları bölməsinin rəhbəri isə 2024-cü il martın 9-dan etibarən Mamuka Merkviladzedir – o, iş adamıdır və əvvəllər Rusiyadakı gürcü diasporasının vitse-prezidenti olub. Merkviladze Rusiya ilə Gürcüstan arasında aviareyslərin bərpasına dair danışıqlarda iştirak edib.

 

Mənbə: Publika

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

 

Print ელ. ფოსტა
თეგები: Gürcüstan Rusiya
FaceBook Twitter Google